Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən aksiz markası ilə markalanmayan siqaretlərin və digər malların gömrük sərhədindən qanunsuz yolla keçirilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a bildirilib ki, Moskva-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşının əl yüklərinə gömrük baxışı keçirilib.
Yoxlama zamanı vətəndaşa məxsus baqaj və əl yüklərində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 7 adda 27580 ədəd siqaret, 9 adda 2256 ədəd dərman vasitəsi, “İphone 13 pro, 128 GB” markalı mobil telefon aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.