“Bloomberg”: Liviyada neft hasilatı dayandırıla bilər
İQTİSADİYYAT
21:18
29.08.2024
Baxılıb: 290
“Bloomberg”: Liviyada neft hasilatı dayandırıla bilər

Ərazisində iki hakimiyyətin fəaliyyət göstərdiyi Liviyanın Mərkəzi Bankını kimin idarə etməsi ilə bağlı çıxılmaz vəziyyət yaranıb. AZƏRTAC “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, Şimali Afrika ölkəsi tədricən iqtisadi xaosa sürüklənir.

OPEC-in üzvü olan bu dövlətinin iki rəqib hökuməti arasındakı qarşıdurma ölkənin gündəlik təxminən 1 milyon barel neft hasilatının dayandırılması ilə nəticələnə bilər. Bu, Birləşmiş Millətlər Təşkilatının vasitəçiliyi ilə Liviyada sabitliyin bərpası üzrə yol xəritəsi də artıq əhəmiyyətsiz bir sənədə çevrilib.

2011-ci ildə liviyalılara Muammər Qəddafini devirməyə kömək edən ABŞ, Avropa və ərəb dövlətlərinin diqqəti hazırda iki böyük müharibəyə yönəlib: Rusiya-Ukrayna və İsraillə HƏMAS arasında döyüşlər onlar üçün daha mühümdür.

Digər tərəfdən, inflyasiyaya qarşı mübarizə və iqtisadiyyata zərbə vuran pandemiyadan sonra Liviyada yoxsulluğun səviyyəsi də artır. Avropalıları, ilk növbədə, ekstremistlərin yayılması fonunda Şimali Afrika ölkəsindən miqrasiyanın qarşısını alınması məsələsi narahat edir. Onların parçalanmış və xaotik Liviyaya sərf etmək üçün çox az vaxtı var, baxmayaraq ki, bu ölkədə neft hasilatının dayandırılması qlobal qiymətləri artıra bilər.

Liviyanın yenidən qurulması dərin hüquqi, iqtisadi və təhlükəsizlik sektorunda islahatlar aparılmasını tələb edir, halbuki BMT-nin vasitəçiliyi ilə həyata keçirilən prosesdə hər bir tərəfin öz gündəmi, inancları, qanunları və hətta konstitusiyaları ilə birlikdə nominal vahid hökumətin yaradılmasına üstünlük verilirdi. İstənilən yol xəritəsi kövrək təməllər üzərində qurulub.

Liviya dövlətçiliyi tam süqutdan xilas olsa da, BMT konstitusiya mətninin hazırlanmasında uğur qazana bilməyib. Ekspertlər hesab edirlər ki, bu ölkəni daha böyük fəlakətlər gözləyə bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Minlərlə Hizbullah üzvünün peycerləri kütləvi şəkildə partladı
22:49
Marsın səthinin altında aşkar edilən sirli strukturlar
22:45
Azərbaycan gələn il Qarabağ və Şərqi Zəngəzura 4 milyard manat xərcləyəcək
20:09
AZPROMO: İraqa məhsul ixracı üçün böyük potensial var
20:07
Portuqaliyada meşə yanğınları nəticəsində 7 nəfər ölüb
20:05
Gürcüstanda qəbul edilən amnistiya qərarı 6 min məhbusu əhatə edəcək
20:02
Azərbaycan və Braziliya kənd təsərrüfatı sahəsində əməkdaşlıq edəcək
19:57
Azərbaycanda logistika subsidiyasının ödənilməsinə 2025-ci ildən başlanıla bilər
19:12
Gürcüstana sanksiyalar məsələsi Kobaxidze ilə ABŞ heyəti arasında müzakirə ediləcək
19:11
Türkiyə və İsveç birgə təhlükəsizlik mexanizmini müzakirə edəcək
19:11
Azərbaycan İraqa qızıl ixracını artıra bilər
19:09
Gürcüstanın Baş naziri: Qərbin bizə etdiyi sadəcə ucuz şantajdır
19:08
Şuşada “İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusunda seminar keçiriləcək
19:05
İran və Rusiya nüvə təhlükəsizliyi ilə bağlı əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər
19:03
Ermənistan Baş Prokurorluğu Sarkisyana bəraət hökmündən apellyasiya şikayəti verib
19:02
Ali Məhkəmə hüquqşünasları Elmi-məsləhət şurasının müzakirələrində iştiraka dəvət edir
19:00
NATO-nun Yaxın Şərqdə bürosu olacaq
18:58
Fuad Hüseynəliyev: Ermənistan xarici aktorlar üçün qarşıdurma meydanına çevrilir
18:56
Türkiyənin Baş Qərargah rəisi Azərbaycan HHQ-nin komandanını qəbul edib
18:55
Universitetlərdə yeni ixtisasların açılması üçün təkliflər hazırlanacaq
18:54