Azərbaycan və Qazaxıstanın rabitə administrasiyalarının nümayəndələri görüşüb
İQTİSADİYYAT
17:38
30.08.2024
Baxılıb: 1601
Azərbaycan və Qazaxıstanın rabitə administrasiyalarının nümayəndələri görüşüb

Bakıda Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) ilə Qazaxıstanın Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənayesi Nazirliyinin nümayəndələri arasında yerüstü xidmət tezliklərinin koordinasiyası ilə bağlı görüş keçirilib.

RİNN-dən AZƏRTAC-a bildirilib ki, görüşdə ölkə ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında Azərbaycan Prezidentinin 2023-cü il 24 iyul tarixli müvafiq Sərəncamına əsasən, Bakı şəhəri və şimal bölgəsində quraşdırılmış və yaxın vaxtlarda quraşdırılması nəzərdə tutulan FM radioyayım stansiyalarının maneəsiz istismarı üçün Qazaxıstanla koordinasiya işləri müzakirə olunub.

Həmçinin Azərbaycan Nazirlər Kabinetinin 2023-cü il 7 oktyabr tarixli 818s nömrəli Sərəncamı ilə təsdiq edilmiş DAB+ standartlı rəqəmsal radio yayımına keçidlə əlaqədar Bakı şəhərində quraşdırılmış və şimal bölgəsində quraşdırılacaq DAB+ standartlı rəqəmsal radioyayım stansiyalarının tezliklərinin koordinasiyası üzrə müzakirələr keçirilib. Qazaxıstan mütəxəssislərinin istəyi ilə Bakı şəhərində rəqəmsal radio yayımı üzrə aparılan işlər barədə təcrübə mübadiləsi aparılıb.

Görüş zamanı 700 MHs və 800 MHs tezlik zolaqlarında yeni nəsil mobil rabitə xidmətlərinin tətbiqi ilə bağlı müvafiq texniki razılaşmalar əldə olunub.

Koordinasiya görüşündə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə yanaşı İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi, Dövlət Radiotezliklər İdarəsi və “Teleradio” İB-nin mütəxəssisləri iştirak ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Uşaqların sağlam psixoloji inkişafı üçün ekranın təsirinə diqqət yetirilməlidir
09:05
Kiyev Polşanın Aİ-dəki bəzi ukraynalılar üçün müavinətləri dayandırmaq çağırışını dəstəkləyib
08:55
Vitse-prezidentliyə namizəd Trampın prezident olmaq şansını qiymətləndirib
08:53
Bosniya və Herseqovina Türkiyədən 6 ədəd “Bayraktar” PUA-sı alır
01:59
İran peyki kosmosa buraxıldı - VİDEO
01:42
Azərbaycan taekvondoçuları Latviyada keçirilən turnirdə 13 medal qazanıblar
01:37
Bakının erməni-bolşevik işğalından azad olunmasından 106 il ötür
01:33
Xronika: Qərbi Azərbaycanda erməni mənşəli yer adlarına 1920-ci ilə qədər rast gəlinmir
01:32
Britaniyanın Məxfi Kəşfiyyat Xidmətinin rəhbəri Azərbaycanda səfərdədir
01:29
Pentaqon Tayvana yararsız silahlar verib
01:27
BƏƏ ABŞ-dan “F-35”lərin alınması ilə bağlı danışıqları bərpa etməkdən imtina edib
01:24
NATO Ukraynaya yardımı koordinasiya etmək üçün xüsusi komandanlıq yaradır
01:22
WSJ: ABŞ öz tanklarının "alçaldılması" səbəbindən strategiyasını dəyişir
01:19
Stoltenberq: Müharibəyə son qoymaq üçün Rusiya ilə dialoq lazımdır
01:14
Şolç: Şvedt neft emalı zavodunun ilin sonuna qədər sahibi ola bilər
01:01
Uşaq fabriki - gələcək necə ola bilər?!
20:59
CAR-ın vitse-prezidenti tribunada çıxışı zamanı huşunu itirərək yıxılıb
20:37
Azərbaycanlı hakimlər beynəlxalq konfransda iştirak edib
20:36
Azərbaycan və Ukrayna sahibkarları arasında əməkdaşlıq imkanları müzakirə edilib
20:16
Azərbaycanda ilk dəfə “Moruq Festivalı” keçirilir
19:18