Macarıstanın “MVM Group” şirkəti “Şahdəniz” və SCPC-də səhmlərin satınalınmasını tamamlayıb
İQTİSADİYYAT
12:37
31.08.2024
Baxılıb: 3507
Macarıstanın “MVM Group” şirkəti “Şahdəniz” və SCPC-də səhmlərin satınalınmasını tamamlayıb

Macarıstanın “MVM Group” şirkəti “Cənub Qaz Dəhlizi” (SGC) QSC-dən “Şahdəniz” qaz yatağının işlənməsi layihəsində 5 % və “Azerbaijan Gas Supply Company Limited” (AGSC) şirkətindən “South Caucasus Pipeline Company”də % pay almaq üçün satınalma prosesini tamamlayıb.

Bu barədə “Report” “MVM Group”a istinadən xəbər verir.

“Satınalma avqustun 30-da tamamlanıb. Bu əlamətdar satınalma ilə “MVM Group” beynəlxalq mövcudluğunu əhəmiyyətli dərəcədə genişləndirəcək və şirkətin təbii qazın dəyərinin yaradılması zəncirindəki mövqeyini daha da şaxələndirəcək. Sövdələşmə Avropa İttifaqının qaz tədarükünün şaxələndirilməsi səylərinə, eləcə də milli enerji strategiyasına və “MVM Group”un inkişaf strategiyasına tam uyğundur”, – şirkətdən qeyd edilib.

MVM-in məlumatına görə, istismara veriləndən bəri “Şahdəniz” yatağından 225 milyard kubmetrdən çox qaz və 380 milyon barel kondensat hasil edilib. Yataq qaz ehtiyatlarına görə dünyada ən böyük yataqlardan biridir. O, hər il təxminən 29 milyard kubmetr qaz və təxminən 60 milyon barel kondensat hasil etmək gücündədir.

Xatırladaq ki, “MVM Group”un Şahdəniz layihəsində % və SCPC-də isə 4 % pay almasına dair saziş iyunun 5-də Bakı Enerji Həftəsi çərçivəsində imzalanıb.

“MVM Group”un baş icraçı direktoru Karoli Matray Bakı Enerji Forumunda çıxış edərək bildirib ki, bu sövdələşmə “MVM Group”un strategiyasında ən iri sazişdir və qaz tədarükünün şaxələndirilməsi və ölkənin bir mənbədən asılılığının azaldılması prosesində mühüm elementdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Yüksələn dalğa: influenser marketinq
13:36
İnfluenser kimdir və kimlər influenser ola bilər?
13:31
"Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
16:13
Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
16:11
Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
16:09
ABŞ Tayvana 385 milyon dollarlıq silah satışını təsdiqləyib
16:07
Naməlum təyyarələr Suriyanın Homs əyalətinə hava zərbələri endirib
16:04
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artaraq 75,37 ABŞ dolları təşkil edib
16:02
“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
16:01
DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
15:59
Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb
13:22
Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının “Tren de Araqua” bandası olduğunu bildirib
13:13
Kim Çen In: Pxenyan həmişə Moskvanın yanında olacaq
12:56
Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
12:54
Zelenski işğalda olan ərazilərin dərhal qaytarmadan münaqişəni dayandırmağa hazırdır
12:30
Azərbaycan İsveç ilə IOTA çərçivəsində birgə fəaliyyətin prioritet istiqamətlərini müzakirə edib
20:28
Baltik dənizinin Finlandiya akvatoriyasında NATO təlimləri keçirilib
20:25
Vəkillər Kollegiyasının sədri formal vəkillik və nöqsanları büro rəhbərlərinin nəzərinə çatdırıb
20:22
Suriyada üsyançılar Hələbə daxil olub
20:21
Deputat: Erməni lobbisinin marionetinə çevrilmiş Fransa Ermənistanın əli ilə bölgədə öz arzularını həyata keçi
15:13