Cavid Abdullayev: "Azərbaycanda “yaşıl enerji”yə keçid prosesi qarşısıalınmaz bir hala gəlib”
İQTİSADİYYAT
13:55
31.08.2024
Baxılıb: 3004
Cavid Abdullayev:

Azərbaycanda “yaşıl enerji”yə keçid prosesi sürətlənib və bu, qarşısıalınmaz bir hala gəlib.

"Report"un Qəbələyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Energetika Nazirliyinin tabeliyindəki Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev bu gün Qəbələ rayonunda "Savalan" şərab zavodunun ərazisində istifadəyə verilən hər birinin gücü 150 kVt/saat olmaqla 3 ədəd Savalan Günəş Elektrik Stansiyasının təqdimat mərasimində bildirib.

Onun sözlərinə görə, Azərbaycanda Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti ilə birgə bir neçə layihə həyata keçirilir: "Artıq bir neçə günəş enerji layihələri istifadəyə verilib. Üzümüzə gələn dövrdə yeni külək enerji stansiyası istismara veriləcək. Artıq bu stansiyanın turbinləri Bakıya gətirilib".

C. Abdullayev bildirib ki, bundan başqa, daha böyük meqalayihələr var ki, onlar da qarşıdakı illərdə istifadəyə veriləcək: "Sevindirici haldır ki, bütün bu layihələrin istifadəyə verilməsində dövlət tərəfindən vəsait ayrılmayıb və yalnız özəl investisiya hesabına həyata keçirilib. “Yaşıl enerji”yə keçid prosesində özəl sektora önəm verilməsi təqdirəlayiq haldır".

O vurğulayıb ki, bu baxımdan bu gün Qəbələ rayonunda hər birinin gücü 150 kVt/saat olmaqla 3 ədəd günəş elektrik stansiyasının istifadəyə verilməsi çox önəmli məsələdir: "Dövlət tərəfindən bərpa olunan enerjinin inkişafı üçün bütün qanunvericilik bazası var və bütün imkanlardan istifadə edilir.

İnanıram ki, bu gün Qəbələdə istifadəyə verilən günəş elektrik stansiyalarının tikintisi layihəsi bərpa olunan enerjinin inkişafında böyük əhəmiyyət kəsb edəcək və bu layihənin səsi dünyadan gələcək".

Digər xəbərlər
SON XƏBƏRLƏR
"Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
16:13
Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
16:11
Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
16:09
ABŞ Tayvana 385 milyon dollarlıq silah satışını təsdiqləyib
16:07
Naməlum təyyarələr Suriyanın Homs əyalətinə hava zərbələri endirib
16:04
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artaraq 75,37 ABŞ dolları təşkil edib
16:02
“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
16:01
DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
15:59
Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb
13:22
Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının “Tren de Araqua” bandası olduğunu bildirib
13:13
Kim Çen In: Pxenyan həmişə Moskvanın yanında olacaq
12:56
Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
12:54
Zelenski işğalda olan ərazilərin dərhal qaytarmadan münaqişəni dayandırmağa hazırdır
12:30
Azərbaycan İsveç ilə IOTA çərçivəsində birgə fəaliyyətin prioritet istiqamətlərini müzakirə edib
20:28
Baltik dənizinin Finlandiya akvatoriyasında NATO təlimləri keçirilib
20:25
Vəkillər Kollegiyasının sədri formal vəkillik və nöqsanları büro rəhbərlərinin nəzərinə çatdırıb
20:22
Suriyada üsyançılar Hələbə daxil olub
20:21
Deputat: Erməni lobbisinin marionetinə çevrilmiş Fransa Ermənistanın əli ilə bölgədə öz arzularını həyata keçi
15:13
DTX: Türkiyədə 70 kq qızılla saxlanılan polkovnik-leytenant barəsində cinayət işi başlanılıb
14:53
Azərbaycanın xaricə satdığı məhsulların pulunu mənimsəyən şəxslər ifşa edilib
14:51