Serbiya Prezidenti litium layihəsinə görə Loznitsada müvəqqəti ofis yaradır
İQTİSADİYYAT
19:49
03.09.2024
Baxılıb: 1598
Serbiya Prezidenti litium layihəsinə görə Loznitsada müvəqqəti ofis yaradır

Serbiya Prezidenti Aleksandar Vuçiç növbəti 7 gün ərzində Loznitsa şəhərində litium layihəsi ilə bağlı yerli icmalarla görüş keçirəcək.

AZƏRTAC xəbər verir ki, Serbiya Prezidenti Administrasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Aleksandar Vuçiçin Loznitsada müvəqqəti ofisi olacaq və 7 gün ərzində bütün vəzifələrini oradan yerinə yetirəcək. Prezident səfər çərçivəsində vətəndaşlarla görüşəcək, müxtəlif tədbirlərə qatılacaq, bir sıra kəndlərə, bələdiyyələrə və şəhərlərə səfər edəcək.

Qeyd edək ki, iyulda Serbiya hökuməti və Avropa İttifaqı arasında litium tədarükünə dair sazişin imzalanmasından sonra paytaxt Belqradda və digər bölgələrdə Yadar litium hasilatı layihəsinə qarşı nümayişlər artıb. Prezident Aleksandar Vuçiç qarşıdakı iki il ərzində litium ehtiyatları ilə bağlı hər hansı qazıntının aparılmayacağını bildirib.

Serbiyanın Yadar vadisində Avropanın ən böyük litium yatağı yerləşir. Britaniya-Avstraliya birgə müəssisəsi olan “Rio Tinto” dağ-mədən şirkəti 2004-cü ildə Serbiyanın Loznitsa şəhərində litium mineral ehtiyatları aşkarlayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Uşaqların sağlam psixoloji inkişafı üçün ekranın təsirinə diqqət yetirilməlidir
09:05
Kiyev Polşanın Aİ-dəki bəzi ukraynalılar üçün müavinətləri dayandırmaq çağırışını dəstəkləyib
08:55
Vitse-prezidentliyə namizəd Trampın prezident olmaq şansını qiymətləndirib
08:53
Bosniya və Herseqovina Türkiyədən 6 ədəd “Bayraktar” PUA-sı alır
01:59
İran peyki kosmosa buraxıldı - VİDEO
01:42
Azərbaycan taekvondoçuları Latviyada keçirilən turnirdə 13 medal qazanıblar
01:37
Bakının erməni-bolşevik işğalından azad olunmasından 106 il ötür
01:33
Xronika: Qərbi Azərbaycanda erməni mənşəli yer adlarına 1920-ci ilə qədər rast gəlinmir
01:32
Britaniyanın Məxfi Kəşfiyyat Xidmətinin rəhbəri Azərbaycanda səfərdədir
01:29
Pentaqon Tayvana yararsız silahlar verib
01:27
BƏƏ ABŞ-dan “F-35”lərin alınması ilə bağlı danışıqları bərpa etməkdən imtina edib
01:24
NATO Ukraynaya yardımı koordinasiya etmək üçün xüsusi komandanlıq yaradır
01:22
WSJ: ABŞ öz tanklarının "alçaldılması" səbəbindən strategiyasını dəyişir
01:19
Stoltenberq: Müharibəyə son qoymaq üçün Rusiya ilə dialoq lazımdır
01:14
Şolç: Şvedt neft emalı zavodunun ilin sonuna qədər sahibi ola bilər
01:01
Uşaq fabriki - gələcək necə ola bilər?!
20:59
CAR-ın vitse-prezidenti tribunada çıxışı zamanı huşunu itirərək yıxılıb
20:37
Azərbaycanlı hakimlər beynəlxalq konfransda iştirak edib
20:36
Azərbaycan və Ukrayna sahibkarları arasında əməkdaşlıq imkanları müzakirə edilib
20:16
Azərbaycanda ilk dəfə “Moruq Festivalı” keçirilir
19:18