Iqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və "ACWA Power Azerbaijan Renewable Energy" MMC arasında KOB-ların "yaşıl keçid"i üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
"Report" xəbər verir ki, sənədə Bakıda İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin dəstəyi, KOBİA-nın təşkilatçılığı ilə keçirilən “Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda konfransda imza atılıb.
Memorandum KOB subyektlərinin "yaşıl iqtisadiyyat"a keçidinə dəstək məqsədilə birgə əməkdaşlığı nəzərdə tutur.