Azərbaycanda 8 ayda 42 milyard manatlıq sənaye məhsulu istehsal edilib
İQTİSADİYYAT
12:28
11.09.2024
Baxılıb: 2736
Azərbaycanda 8 ayda 42 milyard manatlıq sənaye məhsulu istehsal edilib

Bu ilin yanvar-avqust aylarında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 42,4 milyard manatlıq sənaye məhsulu istehsal edilib.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə neft-qaz sektorunda məhsul istehsalı eyni səviyyədə qalmış, qeyri neft-qaz sektorunda isə 7,8 % artıb.

Sənaye məhsulunun 64,4 %-i mədənçıxarma sektorunda, 29,9 %-i emal sektorunda, 4,8 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,4 % azalıb, əmtəəlik qaz hasilatı isə 4,1 % artıb.

Emal sektorunda kompüter, elektron və optik məhsulların istehsalı 72,2 %, əczaçılıq məhsullarının istehsalı 69,4 %, elektrik avadanlıqlarının istehsalı 39,9 %, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 36,7 %, mebel istehsalı 31,9 %, metallurgiya sənayesi məhsullarının istehsalı 27,7 %, rezin və plastik kütlə məmulatlarının istehsalı 23,8 %, hazır metal məmulatlarının istehsalı 23,3 %, tikinti materiallarının istehsalı 23,0 %, içkilərin istehsalı 16,5 %, tütün məmulatlarının istehsalı 11,2 %, kimya sənayesi məhsullarının istehsalı 8,7 %, kağız və karton istehsalı 7,2 %, qida məhsullarının istehsalı 7,1 %, neft məhsullarının istehsalı 3,1 %, ağacın emalı və ağacdan məmulatların istehsalı 1,0 % artmış, geyim istehsalı 0,4 %, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 8,0 %, sair sənaye məhsullarının istehsalı 8,3 %, toxuculuq sənayesi məhsullarının istehsalı 10,3 %, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 14,4 %, poliqrafiya məhsullarının istehsalı 19,9 %, maşın və avadanlıqların istehsalı 29,6 %, sair nəqliyyat vasitələrinin istehsalı isə 52,6 % azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,1 %, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 8,8 % artıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Yüksələn dalğa: influenser marketinq
13:36
İnfluenser kimdir və kimlər influenser ola bilər?
13:31
"Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
16:13
Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
16:11
Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
16:09
ABŞ Tayvana 385 milyon dollarlıq silah satışını təsdiqləyib
16:07
Naməlum təyyarələr Suriyanın Homs əyalətinə hava zərbələri endirib
16:04
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artaraq 75,37 ABŞ dolları təşkil edib
16:02
“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
16:01
DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
15:59
Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb
13:22
Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının “Tren de Araqua” bandası olduğunu bildirib
13:13
Kim Çen In: Pxenyan həmişə Moskvanın yanında olacaq
12:56
Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
12:54
Zelenski işğalda olan ərazilərin dərhal qaytarmadan münaqişəni dayandırmağa hazırdır
12:30
Azərbaycan İsveç ilə IOTA çərçivəsində birgə fəaliyyətin prioritet istiqamətlərini müzakirə edib
20:28
Baltik dənizinin Finlandiya akvatoriyasında NATO təlimləri keçirilib
20:25
Vəkillər Kollegiyasının sədri formal vəkillik və nöqsanları büro rəhbərlərinin nəzərinə çatdırıb
20:22
Suriyada üsyançılar Hələbə daxil olub
20:21
Deputat: Erməni lobbisinin marionetinə çevrilmiş Fransa Ermənistanın əli ilə bölgədə öz arzularını həyata keçi
15:13