Sahibkarlar istehsal prosesində uğurlu nəticələr əldə ediblər
İQTİSADİYYAT
11:31
12.09.2024
Baxılıb: 1142
Sahibkarlar istehsal prosesində uğurlu nəticələr əldə ediblər

KOB Model Müəssisənin imkanlarından faydalanmış sahibkarlar istehsal prosesində uğurlu nəticələr əldə ediblər.

Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb.

KOB-ların biznes biliklərinin və bacarıqlarının artırılması istiqamətində görülən tədbirlərin davamı olaraq, cari ilin mart ayından etibarən Azərbaycan Texniki Universitetində fəaliyyət göstərən KOB Model Müəssisəsinin imkanlarından artıq 61 sahibkarlıq subyekti faydalanıb. Onlar model müəssisədə keçirilən təlimlərdə öyrəndikləri bilikləri və metodları istehsal prosesində tətbiq edərək uğurlu nəticələr, o cümlədən istehsalatda məhsuldarlığın artmasına nail olub, vaxt və xərclərə qənaət edə biliblər. Belə ki, KOB Model Müəssisəsində keçirilən təlimlərdə iştirak etmiş "Caspian Textile" MMC, "GillMed" MMC, "GrandTek" MMC, "Absheron-Saffron" MMC-də və s. şirkətlərdə istehsal prosesinin müxtəlif mərhələləri üzrə vaxt itkisi faizinin azaldılmasına, istehsal və istehsaldan sonrakı mərhələlər üzrə israfın qarşısının alınmasına nail olunub.

KOB Model Müəssisəsi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən yaradılıb. Model müəssisənin təlim imkanlarından faydalanan KOB subyektlərinin mühəndisləri və texniki heyəti təlim və təcrübə əsnasında öyrəndiklərini öz şirkətlərində tətbiq etməklə məhsuldarlığın artırılması, vaxta və xərclərə qənaət etmək və s. bacarıqlarını artırırlar. Burada ilkin planlaşdırmadan başlayaraq müəssisənin qurulmasına qədər real biznes prosesini əyani müşahidə etmək mümkündür. KOB Model Müəssisənin təlimçiləri tərəfindən "Kaizen", "Six Sigma", "5S", "ΚΡΙ-ΚΑΙ" və s. kimi strategiya və modellərə dair mövzular tədris olunur və tətbiqi sınaqdan keçirilir.

Model müəssisənin xidmətlərindən sənaye istehsalı ilə məşğul olan biznes subyektləri istifadə edə bilərlər. Bunun üçün sahibkarlar KOBİA-ya, eləcə də model müəssisənin sosial media hesabları vasitəsilə müraciət edə bilərlər. Agentliyə daxil olan müraciətlər müvafiq bazaya əlavə edilir və tələblərə cavab verən sahibkarlar təlim proqramına uyğun olaraq, mərhələli şəkildə təlimlərə cəlb olunurlar. KOB Model Müəssisəsi tərəfindən keçirilən təlimlərdə sahibkarlarla yanaşı, aidiyyəti ixtisaslar üzrə təhsil alan tələbələr və bu fənləri tədris edən müəllimlər də iştirak edə bilərlər. KOB Model Müəssisə tərəfindən sahibkarlara göstərilən bütün xidmətlər ödənişsizdir.

Qeyd edək ki, KOB subyektləri və sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlər Model Müəssisə ilə yanaşı, KOBİA-nın ödənişsiz təlimlərindən, məsləhət xidmətindən, biznes planın hazırlanması və beynəlxalq ixtisasartırma kursunda iştiraka dəstəyindən faydalana bilərlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
İlk dəfə işə düzələn valideynsiz şəxslərə ödənilən birdəfəlik müavinətin məbləği artırılır
16:33
Prezident İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub
16:29
Latviyalı deputat Avroparlamentin Cənubi Qafqazla əlaqələr üzrə yeni rəhbəri seçilib
16:27
Tərtərdə xəstəxanada ölüm faktı ilə bağlı cinayət işi başlanılıb
16:25
Lukaşenko: Belarusla Azərbaycan arasında dostluq üçüncü ölkələrə qarşı yönəlməyib
12:50
Böyük Britaniya rəsmisi: "Təbii fəlakətlərin vurduğu zərəri minimuma endirmək olar"
12:48
Binəli Yıldırım: Türk dövlətləri gələcəyə daha inamla irəliləyir
12:45
Prezident İlham Əliyev Cəbrayıl rayonuna gedib
12:37
"Dildə, Fikirdə, İşdə Birlik"
12:16
Leyla Həsənova: Gənclərin 70 faizi iqlim dəyişikliyindən narahatdır
12:14
Stiven Hamburq: "İslahatlarsız 2100-cü ilə qədər metan emissiyalarının məqbul səviyyəsinə çata bilərik"
12:12
COP zamanı IEA-nın hazırladığı Yol Xəritəsi nümayiş olunacaq
12:10
Qazaxıstan XİN: TDT özünü sülh və davamlı inkişafı möhkəmləndirən nüfuzlu subyekt kimi göstərə bilib
12:08
Metan emissiyasının sürətli azaldılması qısamüddətli temperatur artımının qarşısını almaq üçün vacibdir
12:05
Talış kəndinə köçürülən sakinlərdən artıq 40 nəfərin məşğulluğu təmin olunub
12:03
Azərbaycan Böyük Britaniyanın enerji keçidini təşviq edən əməkdaşlıq təkliflərini müzakirə edib
10:57
Bakıda “Fransanın Afrikada neokolonializm siyasəti” mövzusunda beynəlxalq konfrans keçirilir
10:54
Ekosistemin bərpası böyük resurs və zaman tələb edir
10:52
Almaniya işsizlik müavinətinin alınması qaydalarını sərtləşdirmək istəyir
10:29
Türkiyə Təhlükəsizlik Şurasında İranın İsrailə raket zərbələri müzakirə olunacaq
10:28