Dubravka Cedoviç: "Azərbaycan qazının Serbiyaya əlavə tədarükü ilə bağlı Saziş imzalanacaq"
İQTİSADİYYAT
11:50
14.09.2024
Baxılıb: 1321
Dubravka Cedoviç:

axın vaxtlarda Bakı və Belqrad arasında Azərbaycan qazının əlavə tədarükü ilə bağlı Saziş imzalanacaq.

"Report" Serbiyanın Mədən və Energetika Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir Dubravka Cedoviç Handanoviç "Srbijagas" şirkətinin prezidenti Duşan Bajatoviç ilə görüşündə deyib.

“Serbiyalı nazir D.Bayatoviç ilə “Banatski dvor” yeraltı qaz anbarının genişləndirilməsi və istilik mövsümünə hazırlıq məsələlərini müzakirə edib, eləcə də həm Serbiya, həm də Macarıstanda qaz anbarlarının doldurulma səviyyəsindən məmnunluğunu ifadə edib. O, həmçinin Azərbaycandan əlavə həcmlərin tədarükünün də razılaşdırıldığını diqqətə çatdırıb”, - məlumatda bildirilib.

“Noyabrda “Banatski dvor” yeraltı qaz anbarında 750 milyon kubmetr, Macarıstanın qaz anbarında isə 163 milyon kubmetr qaz olacaq. Biz, həmçinin tələbata uyğun olaraq Azərbaycandan alacağımız əlavə həcmlər barədə də razılığa gəlmişik və yaxın vaxtlarda sazişi rəsmiləşdirəcəyik”, - D.Cedoviç qeyd edib.

Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sentyabrın 2-də Bakıda serbiyalı həmkarı Marko Curiçlə danışıqların yekunlarına dair mətbuat konfransında bildirmişdi ki, Azərbaycan Serbiyaya tədarük olunan qazın həcmini mərhələli şəkildə ildə 1 milyard kubmetrə çatdırmağı planlaşdırır. 2023-cü il noyabrın 15-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “Srbijaqas” şirkəti arasında Azərbaycan qazının Serbiyaya tədarükü haqqında müqavilə bağlanıb. Müqavilə 2024-2026-cı illərdə bu ölkəyə 400 milyon kubmetrə qədər Azərbaycan qazının tədarükünü nəzərdə tutur və 2027-ci ildən etibarən bu həcm artırıla bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
İlk dəfə işə düzələn valideynsiz şəxslərə ödənilən birdəfəlik müavinətin məbləği artırılır
16:33
Prezident İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub
16:29
Latviyalı deputat Avroparlamentin Cənubi Qafqazla əlaqələr üzrə yeni rəhbəri seçilib
16:27
Tərtərdə xəstəxanada ölüm faktı ilə bağlı cinayət işi başlanılıb
16:25
Lukaşenko: Belarusla Azərbaycan arasında dostluq üçüncü ölkələrə qarşı yönəlməyib
12:50
Böyük Britaniya rəsmisi: "Təbii fəlakətlərin vurduğu zərəri minimuma endirmək olar"
12:48
Binəli Yıldırım: Türk dövlətləri gələcəyə daha inamla irəliləyir
12:45
Prezident İlham Əliyev Cəbrayıl rayonuna gedib
12:37
"Dildə, Fikirdə, İşdə Birlik"
12:16
Leyla Həsənova: Gənclərin 70 faizi iqlim dəyişikliyindən narahatdır
12:14
Stiven Hamburq: "İslahatlarsız 2100-cü ilə qədər metan emissiyalarının məqbul səviyyəsinə çata bilərik"
12:12
COP zamanı IEA-nın hazırladığı Yol Xəritəsi nümayiş olunacaq
12:10
Qazaxıstan XİN: TDT özünü sülh və davamlı inkişafı möhkəmləndirən nüfuzlu subyekt kimi göstərə bilib
12:08
Metan emissiyasının sürətli azaldılması qısamüddətli temperatur artımının qarşısını almaq üçün vacibdir
12:05
Talış kəndinə köçürülən sakinlərdən artıq 40 nəfərin məşğulluğu təmin olunub
12:03
Azərbaycan Böyük Britaniyanın enerji keçidini təşviq edən əməkdaşlıq təkliflərini müzakirə edib
10:57
Bakıda “Fransanın Afrikada neokolonializm siyasəti” mövzusunda beynəlxalq konfrans keçirilir
10:54
Ekosistemin bərpası böyük resurs və zaman tələb edir
10:52
Almaniya işsizlik müavinətinin alınması qaydalarını sərtləşdirmək istəyir
10:29
Türkiyə Təhlükəsizlik Şurasında İranın İsrailə raket zərbələri müzakirə olunacaq
10:28