Vinçenzo Aquaro: Azərbaycan rəqəmsal inkişaf sahəsində mükəmməl iş görən ölkələrdəndir
İQTİSADİYYAT
10:20
18.09.2024
Baxılıb: 2739
Vinçenzo Aquaro: Azərbaycan rəqəmsal inkişaf sahəsində mükəmməl iş görən ölkələrdəndir

“Azərbaycan Mərkəzi Asiyada regionun göstəricilərini yüksəldən ölkələr qrupuna daxildir”.

Bu sözləri BMT-nin Elektron Hökumətin İnkişaf İndeksi (EGDI) üzrə mətbuat konfransı zamanı AZƏRTAC-ın ABŞ müxbirinin sualına cavabında təşkilatın İqtisadi və Sosial Əlaqələr Departamentinin Rəqəmsal Hökumət bölməsinin rəhbəri Vinçenzo Aquaro deyib. O, dəqiq göstəricilərin hesabatda ətraflı qeyd olunduğunu əlavə edərək, Azərbaycanda rəqəmsal inkişaf baxımından güclü irəliləyişin olduğunu bildirib.

“Həqiqətən də Azərbaycan regionun ümumi göstəricilərinin yaxşılaşdırılması, o cümlədən milli inkişaf baxımından çox böyük töhfə verən ölkələrdən biridir. Azərbaycan bu sahədə mükəmməl iş görən ölkələrdəndir”,- deyə Vinçenzo Aquaro vurğulayıb.

Qeyd edək ki, sentyabrın 17-də BMT-nin Elektron Hökumətin İnkişaf İndeksi üzrə mətbuat konfransı keçirilib. Beynəlxalq hesabatda Azərbaycan 2022-ci illə müqayisədə bu il 9 pillə irəliləyərək 193 ölkə arasında 74-cü yerə yüksəlib. Reytinqin yekun göstəricisində Azərbaycan 1 ballıq şkala üzrə 0.7607 bal toplayaraq tarixi göstəriciyə nail olub. Bununla da Azərbaycan ilk dəfə indeksin ən yüksək kateqoriyası hesab edilən “Very High EGDI” göstəricilərinə malik olan ölkələrin sırasına daxil olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Yüksələn dalğa: influenser marketinq
13:36
İnfluenser kimdir və kimlər influenser ola bilər?
13:31
"Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
16:13
Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
16:11
Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
16:09
ABŞ Tayvana 385 milyon dollarlıq silah satışını təsdiqləyib
16:07
Naməlum təyyarələr Suriyanın Homs əyalətinə hava zərbələri endirib
16:04
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artaraq 75,37 ABŞ dolları təşkil edib
16:02
“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
16:01
DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
15:59
Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb
13:22
Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının “Tren de Araqua” bandası olduğunu bildirib
13:13
Kim Çen In: Pxenyan həmişə Moskvanın yanında olacaq
12:56
Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
12:54
Zelenski işğalda olan ərazilərin dərhal qaytarmadan münaqişəni dayandırmağa hazırdır
12:30
Azərbaycan İsveç ilə IOTA çərçivəsində birgə fəaliyyətin prioritet istiqamətlərini müzakirə edib
20:28
Baltik dənizinin Finlandiya akvatoriyasında NATO təlimləri keçirilib
20:25
Vəkillər Kollegiyasının sədri formal vəkillik və nöqsanları büro rəhbərlərinin nəzərinə çatdırıb
20:22
Suriyada üsyançılar Hələbə daxil olub
20:21
Deputat: Erməni lobbisinin marionetinə çevrilmiş Fransa Ermənistanın əli ilə bölgədə öz arzularını həyata keçi
15:13