"APM Terminals Poti": Orta Dəhlizi dəstəkləyəcək Poti terminalının tikintisi 2027-ci ildə yekunlaşacaq
İQTİSADİYYAT
20:01
18.09.2024
Baxılıb: 3007

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda (TBNM) yük daşımalarının həcminin artmasına kömək edəcək Gürcüstanın ən böyük limanlarından biri olan Potidə yeni liman terminalının tikintisi 2027-ci ildə başa çatacaq.

"Report" xəbər verir ki, bunu "APM Terminals Poti" şirkətinin biznesin inkişafı üzrə meneceri Mario Eskobar Bakıda "Qara dəniz və Xəzərdə dəniz limanları və terminallar: İnfrastrukturun inkişafı" mövzusunda keçirilən "Qara dəniz-Xəzər Logistika Forumu 2024"də bildirib.

Əvvəllər terminalın 2024-cü ildə istifadəyə verilməsi planlaşdırılırdı.

M.Eskobarın sözlərinə görə, bu layihə Orta Dəhlizin inkişafına mühüm töhfə verəcək: "Artıq birinci mərhələnin həyata keçirilməsinə başlanılıb. Tikinti işlərinə 2025-ci ildə start veriləcək və birinci mərhələdə 1,5 kilometr uzunluğunda şimal dalğaqıranı və konteyner terminalı tikiləcək".

O bildirib ki, yeni terminalda 330 metr uzunluğunda körpü olacaq ki, bu da böyük tonnajlı gəmilərə xidmət göstərməyə imkan verəcək: "Konteynerlərin yüklənməsi üçün iki STS Post-Panamax tipli kran quraşdırılacaq ki, bu da ildə 400 min TEU-nun emal edilməsini təmin edəcək. Terminal 13,5 metrə qədər suya oturma ilə 300 metrə qədər uzunluğu olan gəmiləri qəbul edə biləcək. Bu, Poti limanını regionun əsas logistika mərkəzinə çevirəcək".

Qeyd edək ki, layihəni Qazaxıstanın PTC Holding nəqliyyat və logistika qrupu həyata keçirir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
"Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
16:13
Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
16:11
Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
16:09
ABŞ Tayvana 385 milyon dollarlıq silah satışını təsdiqləyib
16:07
Naməlum təyyarələr Suriyanın Homs əyalətinə hava zərbələri endirib
16:04
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artaraq 75,37 ABŞ dolları təşkil edib
16:02
“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
16:01
DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
15:59
Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb
13:22
Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının “Tren de Araqua” bandası olduğunu bildirib
13:13
Kim Çen In: Pxenyan həmişə Moskvanın yanında olacaq
12:56
Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
12:54
Zelenski işğalda olan ərazilərin dərhal qaytarmadan münaqişəni dayandırmağa hazırdır
12:30
Azərbaycan İsveç ilə IOTA çərçivəsində birgə fəaliyyətin prioritet istiqamətlərini müzakirə edib
20:28
Baltik dənizinin Finlandiya akvatoriyasında NATO təlimləri keçirilib
20:25
Vəkillər Kollegiyasının sədri formal vəkillik və nöqsanları büro rəhbərlərinin nəzərinə çatdırıb
20:22
Suriyada üsyançılar Hələbə daxil olub
20:21
Deputat: Erməni lobbisinin marionetinə çevrilmiş Fransa Ermənistanın əli ilə bölgədə öz arzularını həyata keçi
15:13
DTX: Türkiyədə 70 kq qızılla saxlanılan polkovnik-leytenant barəsində cinayət işi başlanılıb
14:53
Azərbaycanın xaricə satdığı məhsulların pulunu mənimsəyən şəxslər ifşa edilib
14:51