Bakıda “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının yaradılması müzakirə ediləcək
11:02
19.09.2024
Baxılıb: 2723
Bakıda “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının yaradılması müzakirə ediləcək

Azərbaycan və Çin arasında dəmir yolu və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi, o cümlədən Orta Dəhliz vasitəsilə yükdaşımaların artırılması mövzusunda geniş müzakirələr aparılıb.

"Report" bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir.

Məlumata görə, qurumun sədri Rövşən Rüstəmov “China Railway Container Transport Corp. Ltd.” (CRCT – Çin Dəmir Yolu Konteyner Daşımaları Korporasiyası) şirkətinin prezidenti Yanq Binin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Tərəflər CRCT-nin Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmir yollarının “Middle Corridor Multimodal Ltd.” birgə müəssisəsinə qoşulması barədə fikir mübadiləsi aparıb, bu əlamətdar hadisənin 19-20 sentyabrda Sianda keçiriləcək VIII Beynəlxalq İpək Yolu Sərgisi çərçivəsində baş tutacağını elan edib.

Görüşdə Orta Dəhlizin inkişafı istiqamətində son dövrdə görülən əsaslı işlər nəticəsində Çindən konteyner blok qatarların hərkətinin bərpa edildiyi və 2024-cü ilin əvvəlindən Çin limanlarından Azərbaycana 212 konteyner blok-qatarın göndərildiyi qeyd olunub. Konteynerlərin Bakı limanına çatdırılma müddətinin 8-10 gün, Qara dəniz limanlarına isə 10-12 gün təşkil etməsi görülən tədbirlərin uğurlu nəticəsi kimi vurğulanıb.

Çin tərəfi qeyd olunan göstəricilərdən məmnunluğunu ifadə edərək CRTC-nin “Middle Corridor Multimodal Ltd.” birgə müəssisəsinə qoşulmaqla Orta Dəhlizlə daşınan yük həcminin artırılmasına töhfə verəcəyini bildirib.

Görüşdə, həmçinin 19-20 sentyabr tarixlərində Bakıda ADY-nin təşəbbüsü ilə Çin, Orta Asiya və Avropa dəmir yolları operatorlarının iştirakı ilə yeni “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının təsisi ilə bağlı müzakirələrin aparılacağı bildirilib. Müzakirələrin əsas mövzusunun bu assosiasiya çərçivəsində əməkdaşlıq vasitəsilə Orta Dəhlizin cənub qanadının inkişaf etdirilməsi, Çin-Orta Asiya-Avropa və əks istiqamətdə səmərəli, sürətli, təhlükəsiz və strukturlaşdırılmış yükdaşıma əməliyyatlarının təmin edilməsinin olacağı qeyd olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
"Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
16:13
Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
16:11
Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
16:09
ABŞ Tayvana 385 milyon dollarlıq silah satışını təsdiqləyib
16:07
Naməlum təyyarələr Suriyanın Homs əyalətinə hava zərbələri endirib
16:04
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artaraq 75,37 ABŞ dolları təşkil edib
16:02
“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
16:01
DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
15:59
Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb
13:22
Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının “Tren de Araqua” bandası olduğunu bildirib
13:13
Kim Çen In: Pxenyan həmişə Moskvanın yanında olacaq
12:56
Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
12:54
Zelenski işğalda olan ərazilərin dərhal qaytarmadan münaqişəni dayandırmağa hazırdır
12:30
Azərbaycan İsveç ilə IOTA çərçivəsində birgə fəaliyyətin prioritet istiqamətlərini müzakirə edib
20:28
Baltik dənizinin Finlandiya akvatoriyasında NATO təlimləri keçirilib
20:25
Vəkillər Kollegiyasının sədri formal vəkillik və nöqsanları büro rəhbərlərinin nəzərinə çatdırıb
20:22
Suriyada üsyançılar Hələbə daxil olub
20:21
Deputat: Erməni lobbisinin marionetinə çevrilmiş Fransa Ermənistanın əli ilə bölgədə öz arzularını həyata keçi
15:13
DTX: Türkiyədə 70 kq qızılla saxlanılan polkovnik-leytenant barəsində cinayət işi başlanılıb
14:53
Azərbaycanın xaricə satdığı məhsulların pulunu mənimsəyən şəxslər ifşa edilib
14:51