Hər il 1 trilyon ABŞ dollarından çox ziyan
İQTİSADİYYAT
11:09
19.09.2024
Baxılıb: 2900
Hər il 1 trilyon ABŞ dollarından çox ziyan

Kibercinayətkarlığın qlobal iqtisadiyyata hər il 1 trilyon ABŞ dollarından çox ziyan vurduğu təxmin edilir.

"Report" xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini Allahverən İsmayılov Bakıda ''Yaşıl iqtisadiyyat naminə kibertəhlükəsizlik'' mövzusunda keçirilən ''Beynəlxalq Kibertəhlükəsizlik Günləri'' (ICSD-2024) konfransında bildirib.

Onun sözlərinə görə, Ümumdünya Kibertəhlükəsizlik Təşkilatının (GISEC) məlumatına əsasən kiberhücumlar qlobal miqyasda artmaqda davam edir.

"Belə ki, bu ilin I yarısında beynəlxalq miqyasda kiberhücumlar 30 % artıb. Bu artımın əsas səbəbləri arasında yeni texnologiyaların tətbiqi, zəif müdafiə üsulları və insan amili xüsusi yer alır. Hakerlər daha çox fərdi məlumatları, maliyyə məlumatlarını və dövlət sirlərini hədəfə alır. Belə bir mühitdə informasiya təhlükəsizliyi məsələlərinin önəmi daha da artır", - deyə rəis müavini qeyd edib.

A.İsmayılov onu bildirib ki, Dünya İqtisadi Forumunun Qlobal Risklər Hesabatı kibertəhlükələri bu gün dünyanın üzləşdiyi ən mühüm risklərdən biri hesab edir: "Kiberhücumların kəskin artdığı, kibercinayətkarlığın qlobal iqtisadiyyata trilyonlarla dollar ziyan vurduğu bir dövrdə konfransların, sərgilərin, aktual müzakirələrin təşkilini, keçirilməsini çox əhəmiyyətli hesab edirik. "Yaşıl İqtisadiyyat Naminə Kibertəhlükəsizlik" mövzusu, rəqəmsal dövrdə dayanıqlı inkişaf üçün həyatı əhəmiyyət kəsb edən kibertəhlükəsizlik sahəsindəki son nailiyyətləri və trendləri əhatə edir. Bu mövzu, həm iqtisadi inkişafı, həm də texnoloji tərəqqini nəzərə alaraq, bizə yaşıl iqtisadiyyat hədəflərinə çatmaq üçün zəruri olan kibertəhlükəsizlik yanaşmalarını təqdim edir"

Digər xəbərlər
SON XƏBƏRLƏR
Yüksələn dalğa: influenser marketinq
13:36
İnfluenser kimdir və kimlər influenser ola bilər?
13:31
"Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
16:13
Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
16:11
Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
16:09
ABŞ Tayvana 385 milyon dollarlıq silah satışını təsdiqləyib
16:07
Naməlum təyyarələr Suriyanın Homs əyalətinə hava zərbələri endirib
16:04
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artaraq 75,37 ABŞ dolları təşkil edib
16:02
“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
16:01
DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
15:59
Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb
13:22
Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının “Tren de Araqua” bandası olduğunu bildirib
13:13
Kim Çen In: Pxenyan həmişə Moskvanın yanında olacaq
12:56
Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
12:54
Zelenski işğalda olan ərazilərin dərhal qaytarmadan münaqişəni dayandırmağa hazırdır
12:30
Azərbaycan İsveç ilə IOTA çərçivəsində birgə fəaliyyətin prioritet istiqamətlərini müzakirə edib
20:28
Baltik dənizinin Finlandiya akvatoriyasında NATO təlimləri keçirilib
20:25
Vəkillər Kollegiyasının sədri formal vəkillik və nöqsanları büro rəhbərlərinin nəzərinə çatdırıb
20:22
Suriyada üsyançılar Hələbə daxil olub
20:21
Deputat: Erməni lobbisinin marionetinə çevrilmiş Fransa Ermənistanın əli ilə bölgədə öz arzularını həyata keçi
15:13