Avropa anbarlarında qaz ehtiyatları 93,7 faizi ötüb
İQTİSADİYYAT
13:22
24.09.2024
Baxılıb: 2488
Avropa anbarlarında qaz ehtiyatları 93,7 faizi ötüb

Avropanın yeraltı qaz anbarlarında toplanmış mavi yanacaq ehtiyatlarının həcmi 93,72 faizə çatıb, lakin 2019-cu ilin rekord göstəricisindən (95,7 faiz) geri qalır.

AZƏRTAC xəbər verir ki, Gas Infrastructure Europe assosiasiyasının məlumatına görə, sentyabr ayında Avropa İttifaqı ölkələrində anbarlarına qaz doldurulması kəskin azalaraq 2011-ci ilin minimumuna enib. Sentyabrın 22-də anbarlara qaz doldurulması 149 milyon kubmetr, qaz götürülməsi isə 48 milyon kubmetr təşkil edib.

Hazırda Avropanın yeraltı anbarlarında 103,86 milyard kubmetr (93,72 faiz) qaz var ki, bu da son beş ilin analoji dövrünün orta göstəricisindən 4,96 faiz çoxdur.

Bu həftə Mərkəzi və Qərbi Avropada havanın öncəki yeddi günlə müqayisədə bir qədər sərin keçəcəyi proqnozlaşdırılır. Sentyabr ayında Avropanın elektrik enerjisi istehsalında külək generasiyasının payı 16 faizədək artıb.

Avqust ayında terminallardan Avropanın qazötürmə sisteminə maye qaz vurulması 2021-ci ilin oktyabrından bəri ən aşağı səviyyəyə ensə də, sentyabrda yenidən artmağa başlayıb. Hazırda Avropanın qaz kəmərlərinə maye qazın vurulması maksimum gücün 33 faizinə bərabərdir.

London ICE birjasında min kubmetr qazın qiyməti təxminən 420 dollardır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
"Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
16:13
Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
16:11
Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
16:09
ABŞ Tayvana 385 milyon dollarlıq silah satışını təsdiqləyib
16:07
Naməlum təyyarələr Suriyanın Homs əyalətinə hava zərbələri endirib
16:04
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artaraq 75,37 ABŞ dolları təşkil edib
16:02
“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
16:01
DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
15:59
Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb
13:22
Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının “Tren de Araqua” bandası olduğunu bildirib
13:13
Kim Çen In: Pxenyan həmişə Moskvanın yanında olacaq
12:56
Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
12:54
Zelenski işğalda olan ərazilərin dərhal qaytarmadan münaqişəni dayandırmağa hazırdır
12:30
Azərbaycan İsveç ilə IOTA çərçivəsində birgə fəaliyyətin prioritet istiqamətlərini müzakirə edib
20:28
Baltik dənizinin Finlandiya akvatoriyasında NATO təlimləri keçirilib
20:25
Vəkillər Kollegiyasının sədri formal vəkillik və nöqsanları büro rəhbərlərinin nəzərinə çatdırıb
20:22
Suriyada üsyançılar Hələbə daxil olub
20:21
Deputat: Erməni lobbisinin marionetinə çevrilmiş Fransa Ermənistanın əli ilə bölgədə öz arzularını həyata keçi
15:13
DTX: Türkiyədə 70 kq qızılla saxlanılan polkovnik-leytenant barəsində cinayət işi başlanılıb
14:53
Azərbaycanın xaricə satdığı məhsulların pulunu mənimsəyən şəxslər ifşa edilib
14:51