Rusiya aviaşirkəti Kaluqadan Bakıya uçuşlara başlaya bilər
İQTİSADİYYAT
10:44
27.09.2024
Baxılıb: 477
Rusiya aviaşirkəti Kaluqadan Bakıya uçuşlara başlaya bilər

Rusiyanın Kaluqa vilayətinin hökuməti “Azimut” aviaşirkəti ilə Kaluqa Beynəlxalq Hava Limanından Bakıya uçuşlara başlanılmasını müzakirə edir.

Bu barədə vilayətin qubernatoru Vladislav Şapşa "Telegram" kanalında məlumat verib.

“Azimut” hazırda Kaluqadan 5 istiqamətdə uçuşlar həyata keçirir. Biz Bakı və Mahaçqalaya iki əlavə marşrutun açılması planlarını müzakirə etdik”,- o bildirib.

 
Digər xəbərlər