Ermənistan “Zod” yatağında qızıl hasilatını bərpa edib
İQTİSADİYYAT
13:53
30.09.2024
Baxılıb: 244
Ermənistan “Zod” yatağında qızıl hasilatını bərpa edib

“Zod” (“Sotk”) qızıl yatağında yeraltı üsulla hasilat bərpa edilib.

“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin ərazi idarəetmə və infrastruktur nazirinin müavini Ovannes Arutyunyan “Mining Armenia” konfransı çərçivəsində məlumat verib.

2025-ci ilin ikinci yarısına qədər yatağı ildə 400 min ton layihə gücünə çatdırmaq planlaşdırılır. Hazırda illik güc 100-150 min ton təşkil edir.

O.Arutyunyanın sözlərinə görə, hasilatın dayandırılmasının əsas səbəbi mədənin yer səthinə yaxın yerləşən ehtiyatlarının tükənməsi olub: qalan ehtiyatlar elə yerləşib ki, onun daha dərin laylarını istismar etmək sərfəlidir.

Digər xəbərlər