“Qlobal İnnovasiya İndeksi - 2024” hesabatında Azərbaycan üzrə göstəricilər müzakirə olunub
İQTİSADİYYAT
16:13
01.10.2024
Baxılıb: 405
“Qlobal İnnovasiya İndeksi - 2024” hesabatında Azərbaycan üzrə göstəricilər müzakirə olunub

Sentyabrın 30-da Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Əqli Mülkiyyət Agentliyinin rəhbərlik etdiyi “Əqli mülkiyyət məsələləri üzrə” Xüsusi işçi qrupunun iclası keçirilib.

"Report" xəbər verir ki, iclasda Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri“Əqli mülkiyyət məsələləri üzrə” Xüsusi işçi qrupunun rəhbəri Kamran İmanovun “Qlobal İnnovasiya İndeksi - 2024” Hesabatında Azərbaycan üzrə göstəricilərin təhlili” mövzusunda geniş məruzəsi dinlənilib və təqdimatı olub.

Məruzədə və təqdimatda Qlobal İnnovasiya İndeksinin müvafiq indikatorları üzrə müqayisəli şəkildə konseptual metodoloji məsələlər geniş təhlil edilib və növbəti ildə Azərbaycana dair göstəricilərin daha da yaxşılaşdırılması məqsədilə tövsiyələr verilib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev çıxış edib. Bildirib ki, “Qlobal İnnovasiya İndeksi” Hesabatlarıında ölkəmiz üzrə göstəricilərin dolğunluğunun təmin olunmasında məlumatların sistemləşdirilməsinin metodologiyasına xüsusi diqqət yetirilməlidir. O, bununla əlaqədar digər müvafiq işçi qruplarının da Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə əməkdaşlığının gücləndirilməsinin zəruriliyini qeyd edərək, bu işdə Azərbaycan Əqli Mülkiyyət Agentliyinin dəstəyindən yararlanmağın faydalı olacağını vurğulayıb.

İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi”nin icraçı direktorunun vəzifəsini icra edən, “Əqli mülkiyyət məsələləri üzrə” Xüsusi işçi qrupunun üzvü Fariz Cəfərov çıxış edərək “Qlobal İnnovasiya İndeksi” hesabatına daxil edilən məlumatların toplanması və sistemləşdirilməsi sahəsində koordinasiya məsələləri barədə danışıb.

Sonda İşçi qrupun üzvlərini və iclasa dəvət olunan digər aidiyyəti işçi qruplarının nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
İlk dəfə işə düzələn valideynsiz şəxslərə ödənilən birdəfəlik müavinətin məbləği artırılır
16:33
Prezident İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub
16:29
Latviyalı deputat Avroparlamentin Cənubi Qafqazla əlaqələr üzrə yeni rəhbəri seçilib
16:27
Tərtərdə xəstəxanada ölüm faktı ilə bağlı cinayət işi başlanılıb
16:25
Lukaşenko: Belarusla Azərbaycan arasında dostluq üçüncü ölkələrə qarşı yönəlməyib
12:50
Böyük Britaniya rəsmisi: "Təbii fəlakətlərin vurduğu zərəri minimuma endirmək olar"
12:48
Binəli Yıldırım: Türk dövlətləri gələcəyə daha inamla irəliləyir
12:45
Prezident İlham Əliyev Cəbrayıl rayonuna gedib
12:37
"Dildə, Fikirdə, İşdə Birlik"
12:16
Leyla Həsənova: Gənclərin 70 faizi iqlim dəyişikliyindən narahatdır
12:14
Stiven Hamburq: "İslahatlarsız 2100-cü ilə qədər metan emissiyalarının məqbul səviyyəsinə çata bilərik"
12:12
COP zamanı IEA-nın hazırladığı Yol Xəritəsi nümayiş olunacaq
12:10
Qazaxıstan XİN: TDT özünü sülh və davamlı inkişafı möhkəmləndirən nüfuzlu subyekt kimi göstərə bilib
12:08
Metan emissiyasının sürətli azaldılması qısamüddətli temperatur artımının qarşısını almaq üçün vacibdir
12:05
Talış kəndinə köçürülən sakinlərdən artıq 40 nəfərin məşğulluğu təmin olunub
12:03
Azərbaycan Böyük Britaniyanın enerji keçidini təşviq edən əməkdaşlıq təkliflərini müzakirə edib
10:57
Bakıda “Fransanın Afrikada neokolonializm siyasəti” mövzusunda beynəlxalq konfrans keçirilir
10:54
Ekosistemin bərpası böyük resurs və zaman tələb edir
10:52
Almaniya işsizlik müavinətinin alınması qaydalarını sərtləşdirmək istəyir
10:29
Türkiyə Təhlükəsizlik Şurasında İranın İsrailə raket zərbələri müzakirə olunacaq
10:28