Metan emissiyasının sürətli azaldılması qısamüddətli temperatur artımının qarşısını almaq üçün vacibdir
İQTİSADİYYAT
12:05
03.10.2024
Baxılıb: 928
Metan emissiyasının sürətli azaldılması qısamüddətli temperatur artımının qarşısını almaq üçün vacibdir

İqlim dəyişikliyi ilə mübarizədə metan emissiyalarının azaldılması vacibdir.

"Report" xəbər verir ki, bunu London İmperial Kollecinin professoru Anna Korre "Bakı İqlim Fəaliyyəti Həftəsi" çərçivəsində keçirilən "Metanla mübarizədə irəliləyiş: Qlobal miqyasda metanın azaldılmasının irəlilədilməsi" adlı panel sessiyasında deyib.

"Metan qlobal istiləşmənin təxminən 30 %-nə cavabdehdir. Bu qazın emissiyalarının sürətli və davamlı azaldılması qısamüddətli temperatur artımının qarşısını almaq və havanın keyfiyyətini yaxşılaşdırmaq üçün vacib vasitə ola bilər", - A. Korre bildirib.

Onun sözlərinə görə, metan hava çirklənməsinə əhəmiyyətli dərəcədə təsir göstərir, buna görə də onun azaldılması dünya ictimaiyyəti üçün prioritet məsələ olmalıdır.

Qeyd edək ki, sentyabrın 30-da başlayan "Bakı İqlim Fəaliyyəti Həftəsi" oktyabrın 4-dək davam edəcək. Tədbirdə dünyanın hər yerindən təxminən 700 ekspert, siyasətçi, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndəsi iştirak edir və adaptiv iqlim həllərini və onların tətbiqinin sürətləndirilməsi yollarını müzakirə edirlər. Tədbir bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin 29-cu İqlim Dəyişikliyi Konfransına (COP29) hazırlıq yolunda mühüm addımdır və qlobal iqlim gündəmi üçün əhəmiyyətli hadisə kimi tarixə düşəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Corciyada iki seçki məntəqəsi təhdidlərə görə müvəqqəti bağlanıb
00:11
“Trump Media & Technology Group Corp”un səhmləri 14,44% artaraq hər səhm üçün 39,3 dollara çatıb
00:07
Mask ABŞ seçkilərinin nəticələrini Trampla birlikdə izləyəcək
00:04
"Euronews" Azərbaycanda COP29-a hazırlıq prosesi ilə bağlı reportaj hazırlayıb
21:51
Tramp Floridada prezident seçkilərində səs verib
21:48
Pensilvaniyada amerikalı seçicilər problemlərlə üzləşir
21:46
KİV: “İslami müqavimət” silahlıları ABŞ-nin Suriyadakı hərbi bazasına hücum edib
21:45
Azərbaycan və Çinin milli insan hüquqları təsisatları arasında əməkdaşlıq müzakirə olunub
19:20
Moratinos: Azərbaycan COP29-un uğurunu təmin etmək üçün böyük təşkilati iş görüb
19:18
Səfir: Azərbaycan və Meksika xalqları öz identikliyini qoruyub saxlaya biliblər
19:16
Bakı-Xırdalan-Sumqayıt-Bakı marşrutu üzrə qatarların hərəkət qrafiki dəyişir
16:34
Azərbaycanda ƏDV bəyannaməsinin əvvəlcədən doldurulması mümkün olacaq
16:32
Prezident İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib
16:27
AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu sığortaçı seçib
16:25
Sorğu: Ermənistan sakinlərinin 60%-i Paşinyanın fəaliyyətindən narazıdır
16:20
Azərbaycanda məsafədən kreditləşmənin müsbət və mənfi tərəfləri açıqlanıb
16:12
Rəvan Həsənov: Dinlərarası dialoq ekoloji böhranların həlli baxımından çox əhəmiyyətlidir
15:04
SOCAR Əbu-Dabidə beynəlxalq neft sərgisində və konfransında iştirak edir
15:02
Bakıda yol təsərrüfatına ziyan vurulub
14:05
Azərbaycan və Özbəkistan ikili diplom proqramının başladılmasını müzakirə edir
14:02