ASA: Türk Dünyası Sığorta Birliyi yenidən formalaşdırılır
İQTİSADİYYAT
20:31
04.10.2024
Baxılıb: 3673
ASA: Türk Dünyası Sığorta Birliyi yenidən formalaşdırılır

Türk Dünyası Sığorta Birliyi Türk Dövlətləri Təşkilatı (TDT) nəzdində yenidən formalaşdırılır.

“Report” xəbər verir ki, bunu "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinin icraçı direktoru Elmar Mirsalayev Türkiyədə XIII Sığorta Həftəsi çərçivəsində Antalya şəhərində "3-cü Beynəlxalq Sığorta Konqresi və Sərgisi"nin "Türk dövlətlərinin ekosistemində sığortaçılıq" panelində "Türk Dünyası Sığorta Birliyi: Gələcəyə Baxış" mövzusundakı çıxışında deyib.

"Türk Dünyası Sığorta Birliyi qısa zamanda TDT diqqətini çəkdi və üzv ölkələrə TDT-nin himayəsinə daxil olmaqla bağlı müraciət olundu. Azərbaycanın aidiyyatı dövlət qurumları bu müraciəti dəstəkləyərək, təsdiqləyiblər", - deyə o qeyd edib.

E.Mirsalayev qeyd edib ki, Türk Dünyası Sığorta Birliyinin fəaliyyəti tam təmin olunandan sonra üzv ölkələrin sığorta bazarlarında yüksək böyümə müşahidə edilə bilər: "Böyümə ilə bağlı proqnozların gerçəkləşməsi üçün konkret hədəf indikatorlarına ehtiyac var. Belə ki, Birliyə üzv ölkələrin sığorta bazarları arasında qarşılıqlı biznes əlaqələrinin qurulması, təcrübə mübadiləsinin sistemli şəkildə təşkil olunması mövcud proqnozları sadə bir rəqəmdən reallığa çevirəcək. Xüsusilə də bu dövlətlərdə sığortanın sosial-iqtisadi müdafiə qanadı olaraq yer almasını tam təmin edə bilsək böyümə davamlı hal alacaqdır".

ASA sədri Türk Dünyası Sığorta Birliyinin yenidən təşkili ilə bağlı sənəd hazırladığını diqqətə çatdırıb: "TDT-də olduğu kimi Türk Dünyası Sığorta Birliyində də üzv ölkələrdən savayı, müşahidəçi ölkələr də təyin etmişik. Bu gün artıq 5 yox, 8 ölkənin sığortaçılarını Türk Dünyası Sığorta Birliyində bir çətir altında birləşdirəcək proklamasiya sənədini hazırlayırıq."

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının Baş direktoru Ziya Əliyev, Azərbaycan Sığortaçılar Assosiasiyasının başçılığı ilə yerli sığorta şirkətlərinin təmsilçilərindən ibarət nümayəndə heyəti Türkiyədə keçirilən Sığorta Həftəsində iştirak edirlər.

 

Digər xəbərlər
SON XƏBƏRLƏR
İnfluenser və Brend əməkdaşlığı necə yaranır?
22:34
influencer.az nədir?
22:09
Yüksələn dalğa: influenser marketinq
13:36
İnfluenser kimdir və kimlər influenser ola bilər?
13:31
"Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
16:13
Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
16:11
Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
16:09
ABŞ Tayvana 385 milyon dollarlıq silah satışını təsdiqləyib
16:07
Naməlum təyyarələr Suriyanın Homs əyalətinə hava zərbələri endirib
16:04
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artaraq 75,37 ABŞ dolları təşkil edib
16:02
“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
16:01
DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
15:59
Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb
13:22
Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının “Tren de Araqua” bandası olduğunu bildirib
13:13
Kim Çen In: Pxenyan həmişə Moskvanın yanında olacaq
12:56
Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
12:54
Zelenski işğalda olan ərazilərin dərhal qaytarmadan münaqişəni dayandırmağa hazırdır
12:30
Azərbaycan İsveç ilə IOTA çərçivəsində birgə fəaliyyətin prioritet istiqamətlərini müzakirə edib
20:28
Baltik dənizinin Finlandiya akvatoriyasında NATO təlimləri keçirilib
20:25
Vəkillər Kollegiyasının sədri formal vəkillik və nöqsanları büro rəhbərlərinin nəzərinə çatdırıb
20:22