Ekspert: Qazaxıstanda AES-in tikintisi üzrə beynəlxalq konsorsiumun yaradılması risklidir
İQTİSADİYYAT
12:03
07.10.2024
Baxılıb: 1093
Ekspert: Qazaxıstanda AES-in tikintisi üzrə beynəlxalq konsorsiumun yaradılması risklidir

3 “exitpoll”un nəticələrinə əsasən oktyabrın 6-da Qazaxıstanda keçirilən ümummilli referendumda ölkə vətəndaşlarının 70 faizə qədəri Atom Elektrik Stansiyasının (AES) tikintisi layihəsinin lehinə, 30 faizi isə əleyhinə səs verib.

“Report”un Qazaxıstan bürosunun məlumatına görə, Qazaxıstan Mərkəzi Komissiyası tezliklə səsvermənin nəticələrini açıqlayacaq.

Qeyd edək ki, AES-in tikintisi ölkə vətəndaşları üçün çox ağrılı məsələdır. Səbəb də Semipalatinsk poliqonu ilə bağlı acı təcrübədir.

Ölkə Prezidenti Kasım-Jomart Tokayevin sözlərinə görə, referendumun nəticələrinin müsbət olacağı təqdirdə hökumət AES-i kimin inşa edəcəyi ilə bağlı təhlil və danışıqlar aparmalıdır. Onun fikrincə, bu, beynəlxalq konsorsium olmalıdır.

Xatırladaq ki, Qazaxıstanda atom elektrik stansiyasının tikintisi layihəsi üçün müraciət edənlərin qısa siyahısına Çin, Cənubi Koreya, Fransa və Rusiya şirkətləri daxildir.

Qazaxıstanın energetika üzrə tanınmış eksperti Aset Naurızbayev "Report"a müsahibəsində beynəlxalq konsorsiumun yaradılması ideyasını şərh edərkən bildirib ki, bu, çox güman ki, “Rosatom”un da iştirak edəcəyi konsorsium olacaq. “Rosatom” AES-i reaktorla təmin edəcək, turbin və digər avadanlıqlar isə Çindən gətiriləcək. "Avropa şirkətləri çətin ki,bu konsorsiuma daxil olsun", - o hesab edir.

Daha bir qazaxıstanlı ekspert Rəşid Jaksılıkov isə "Report"a müsahibəsində qeyd edib ki, AES-in tikintisi üzrə beynəlxalq konsorsiumun yaradılması variantı özündə bir neçə riski ehtiva edir.

“Beynəlxalq konsorsium yaradılarsa, fövqəladə vəziyyətdə məsuliyyətin bölüşdürülməsi ilə əlaqədar Qazaxıstanın tələb irəli sürəcəyi kimsə olmayacaq. AES-in tikintisi xüsusi təhlükə və məsuliyyət daşıyan layihədir. Qərb şirkətlərinin belə bir addım atacağına və beynəlxalq konsorsiumda iştirak edəcəyinə əmin deyiləm”, - R.Jaksılykov bildirib.

Qazaxstanlı ekspert Talqat Kaliyev “Report”a müsahibəsində tamamilə zidd fikir səsləndirib. O, Qazaxıstanda mühüm və böyük layihələr üzrə beynəlxalq konsorsiumların yaradılması ideyasının yeni olmadığını və artıq uğurlu təcrübəyə malik olduğunu bildirib.

O, nəhəng “Kaşağan” neft və qaz yatağının işlənməsini həyata keçirən North Caspian Operating Company (NCOC) və ya Qazaxıstandan Rusiya ərazisi ilə Qara dəniz limanına qədər ən uzun boru kəməri layihəsini həyata keçirən Xəzər Boru Kəməri Konsorsiumu (CPC) kimi beynəlxalq konsorsiumları nümunə gətirib.

Qeyd edək ki, oktyabrın 6-da Qazaxıstanda AES-in tikintisi ilə bağlı referendum keçirilib. Seçici fəallığı 67,3 faiz təşkil edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Aİ və Çin elektromobillərdə rüsumların ləğvi ilə bağlı razılığa yaxındırlar
11:10
Kanadada 9 ildə ən böyük qızılca alovlanması qeydə alınıb
03:38
Belçika səfirliyi COP29 barədə: İnanılmaz əməkdaşlığın şahidi olduq
02:42
Medvedev: Tramp Ukrayna münaqişəsinə son verə bilər
02:41
Afinadakı səfir Aqrobiznes Forumunda iştirakçılara COP29-un yekunları barədə məlumat verib
01:19
İstanbulda Azərbaycan vətəndaşında 70 kq qızıl aşkarlanıb
00:48
Paşinyan: İrəvan Bakıya Aİ missiyasının delimatasiya olunacaq ərazidə fəaliyyət göstərməməsini təklif edib
00:47
Trampın keçid komandası seçilmiş prezidentə qarşı işin dayandırıldığını açıqlayıb
00:29
Putin “Oreşnik” sisteminin seriyalı istehsalını elan edib
00:23
Azərbaycan “Şimal-Cənub” dəhlizinin bir hissəsinin bərpası çərçivəsində ADB ilə kredit sazişi imzalayıb
00:21
Qəzza zolağında cəsədləri tapılan və dağıntılar altında qalanların sayı 43 mini keçə bilər
07:35
Senat Tramp administrasiyasına namizədləri tez bir zamanda təsdiq etmək niyyətindədir
07:32
Almaniyada kanslerin sözləri parlamentariləri güldürüb
07:30
Polşada prezident seçkilərinin tarixi 2025-ci il yanvarın əvvəlində məlum olacaq
07:29
Dünyada 820 milyondan çox insan diabetdən əziyyət çəkir
07:28
İsrail ordusunun itkiləri 792 nəfərə çatıb
01:52
Ronaldinyo COP29 məkanında AZCHEMCO pavilyonunu ziyarət edib
01:51
Borrell Qərbi Rusiyanın dondurulmuş aktivlərini müsadirə etməyə çağırıb
00:00
Polşanın şimalında ABŞ-nin raketdən müdafiə bazası açılıb
00:00
Trampın dörd əsas məsləhətçisinin adı açıqlanıb
00:00