"Səba" ləğv olunur
İQTİSADİYYAT
14:37
11.10.2024
Baxılıb: 2705

"Səba" ASC-nin səhmdarlarının oktyabrın 28-i, saat 15:00-a təyin edilmiş növbədənkənar ümumi yığıncağının gündəliyi dəyişib.

"Report" xəbər verir ki, yığıncağın gündəliyinə səhmdar cəmiyyətin ləğv edilməsi, bununla bağlı Ləğvetmə Komissiyasının yaradılması, qanunvericilikdə nəzərdə tutulmuş qaydada ləğvetmənin başa çatdırılması və ləğvetmədən sonra onun aktivlərinin səhmdarlar arasında bölüşdürülməsi barədə, eləcə də "Səba"nın və onun törəmə cəmiyyətləri -"Qarabağ Taxıl" və "Biləsuvar Aqro" MMC-lərin kreditor öhdəliklərini icra etmək və cari təsərrüfat fəaliyyətlərinin maliyyələşdirilməsini təmin etmək məqsədilə "Qarabağ Taxıl"ın mülkiyyətindəki Kürdəmir və Ağsu rayonlarının ərazilərində yerləşən torpaq sahələrinin və həmin sahələrdəki "Pivot" tipli suvarma sistemlərindən ibarət əsas vəsaitlərinin satılması barədə məsələlər daxil edilib.

Bundan başqa, səhmdarlar əvvəlcədən elan edildiyi kimi aşağıdakı məsələləri də müzakirə edəcəklər:

1. "Səba"nın Direktorlar Şurası barədə;

2. "Səba"nın tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət "Chicken Pro." MMC-yə kredit öhdəliyinin ötürülməsinə dair əqd barədə;

3. "Chicken Pro."ya məxsus əmlakın ipoteka ilə yüklü edilməsinə dair əqd barədə;

4. "Chicken Pro."nun nizamnamə kapitalındakı "Səba"ya məxsus payların satılmasına dair əqd barədə;

5. "Səba" ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət "Qarabağ Taxıl"ın "Qarabağ Toxum" MMC-nin nizamnamə kapitalındakı paylarının satılmasına dair əqd barədə;

6. "Qarabağ Taxıl"ın ötən illərin yığılmış mənfəətinə əsasən dividendlərin elan edilməsi barədə;

7. "Səba"nın əvvəllər emissiya edilib yerləşdirilmiş və geri alınmış səhmləri barədə;

8. "Səba"nın birgə təsisçiliyi ilə yaradılmış "Biləsuvar Aqro"nun nizamnamə kapitalındakı payların satılması barədə;

9. "Səba"nın nizamnamə kapitalındakı minoritar səhmdarlara məxsus səhmlərin geri alınması barədə;

10. "Səba"nın Nizamnaməsinin yeni redaksiyası barədə.

Yığıncaq Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1 ünvanında keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Yüksələn dalğa: influenser marketinq
13:36
İnfluenser kimdir və kimlər influenser ola bilər?
13:31
"Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
16:13
Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
16:11
Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
16:09
ABŞ Tayvana 385 milyon dollarlıq silah satışını təsdiqləyib
16:07
Naməlum təyyarələr Suriyanın Homs əyalətinə hava zərbələri endirib
16:04
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artaraq 75,37 ABŞ dolları təşkil edib
16:02
“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
16:01
DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
15:59
Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb
13:22
Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının “Tren de Araqua” bandası olduğunu bildirib
13:13
Kim Çen In: Pxenyan həmişə Moskvanın yanında olacaq
12:56
Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
12:54
Zelenski işğalda olan ərazilərin dərhal qaytarmadan münaqişəni dayandırmağa hazırdır
12:30
Azərbaycan İsveç ilə IOTA çərçivəsində birgə fəaliyyətin prioritet istiqamətlərini müzakirə edib
20:28
Baltik dənizinin Finlandiya akvatoriyasında NATO təlimləri keçirilib
20:25
Vəkillər Kollegiyasının sədri formal vəkillik və nöqsanları büro rəhbərlərinin nəzərinə çatdırıb
20:22
Suriyada üsyançılar Hələbə daxil olub
20:21
Deputat: Erməni lobbisinin marionetinə çevrilmiş Fransa Ermənistanın əli ilə bölgədə öz arzularını həyata keçi
15:13