ASCO: “Murovdağ” yük gəmisinin ilk səfəri Kolumbiyaya olacaq
15:14
12.10.2024
Baxılıb: 699
ASCO: “Murovdağ” yük gəmisinin ilk səfəri Kolumbiyaya olacaq

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzərdənkənar fəaliyyətinin genişləndirilməsi məqsədilə sayca ikinci “Handysize” tipli quru yük gəmisinin alqı-satqısını həyata keçirib.

"Report" xəbər verir ki, bu barədə ASCO məlumat yayıb.

Bildirilir ki, gəminin alınması layihəsi üzrə maliyyələşmə ASCO-nun dövriyyəyə buraxdığı istiqrazlardan əldə olunan vəsait hesabına həyata keçirilib.

Yeni alınan “Handysize” Prezident İlham Əliyevin tapşırığına əsasən “Murovdağ” adlandırılacaq.

Bu quru yük gəmisi də cari ilin mayında istismara qəbul edilən ilk “Handysize” tipli “Xocalı” gəmisi kimi təxminən 38 000 ton dedveytə (yükgötürmə imkanına) malikdir. Uzunluğu 179,9, eni 30, bortunun hündürlüyü 15, suya oturumu 10,47 metr, maksimum sürəti 15,7 uzeldir. Suya oturumu maksimum yük götürməklə, onun bir çox dayaz limanlara da rahatlıqla daxil olmasına şərait yaradır.

Ekoloji baxımdan beynəlxalq standartlara cavab verən, yanacaq sərfində qənaətcilliyə malik olan, yüksək təhlükəsizlik sistemləri ilə təchiz edilən bu gəmi 2020-ci ildə Yaponiyada inşa olunub.

Məhdudiyyətsiz üzmə imkanlarına malik gəminin ilk səfəri Çindən Ekvadora, oradan isə Kolumbiyaya olacaq. Onun dekabrda təyinat limanına çatması gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Corciyada iki seçki məntəqəsi təhdidlərə görə müvəqqəti bağlanıb
00:11
“Trump Media & Technology Group Corp”un səhmləri 14,44% artaraq hər səhm üçün 39,3 dollara çatıb
00:07
Mask ABŞ seçkilərinin nəticələrini Trampla birlikdə izləyəcək
00:04
"Euronews" Azərbaycanda COP29-a hazırlıq prosesi ilə bağlı reportaj hazırlayıb
21:51
Tramp Floridada prezident seçkilərində səs verib
21:48
Pensilvaniyada amerikalı seçicilər problemlərlə üzləşir
21:46
KİV: “İslami müqavimət” silahlıları ABŞ-nin Suriyadakı hərbi bazasına hücum edib
21:45
Azərbaycan və Çinin milli insan hüquqları təsisatları arasında əməkdaşlıq müzakirə olunub
19:20
Moratinos: Azərbaycan COP29-un uğurunu təmin etmək üçün böyük təşkilati iş görüb
19:18
Səfir: Azərbaycan və Meksika xalqları öz identikliyini qoruyub saxlaya biliblər
19:16
Bakı-Xırdalan-Sumqayıt-Bakı marşrutu üzrə qatarların hərəkət qrafiki dəyişir
16:34
Azərbaycanda ƏDV bəyannaməsinin əvvəlcədən doldurulması mümkün olacaq
16:32
Prezident İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib
16:27
AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu sığortaçı seçib
16:25
Sorğu: Ermənistan sakinlərinin 60%-i Paşinyanın fəaliyyətindən narazıdır
16:20
Azərbaycanda məsafədən kreditləşmənin müsbət və mənfi tərəfləri açıqlanıb
16:12
Rəvan Həsənov: Dinlərarası dialoq ekoloji böhranların həlli baxımından çox əhəmiyyətlidir
15:04
SOCAR Əbu-Dabidə beynəlxalq neft sərgisində və konfransında iştirak edir
15:02
Bakıda yol təsərrüfatına ziyan vurulub
14:05
Azərbaycan və Özbəkistan ikili diplom proqramının başladılmasını müzakirə edir
14:02