Ermənistanın baş naziri və prezidentinin xarici səfərləri üçün əlavə 65 min dollar ayrılacaq
İQTİSADİYYAT
12:20
17.10.2024
Baxılıb: 387
Ermənistanın baş naziri və prezidentinin xarici səfərləri üçün əlavə 65 min dollar ayrılacaq

Ermənistanın baş naziri və prezidentinin qarşıdakı xarici səfərlərinin təşkili üçün hökumətin ehtiyat fondundan əlavə 25 milyon dram (təxminən 65 min dollar) ayrılacaq.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə müvafiq qərar hökumətin bu gün keçirilən iclasında qəbul edilib.

“Baş nazirin, prezidentin, eləcə də baş nazir müavininin xarici səfərlərinin sayının artması ilə əlaqədar Ermənistan Xarici İşlər Nazirliyinin Dövlət Protokol Xidməti əməkdaşlarının ezamiyyətlərinin sayı da artıb və 2024-cü il dövlət büdcəsində ezamiyyə xərcləri ilə bağlı vəsaitin yetərli olmadığı məlum olub”, – qərarda bildirilir.

Qeyd edək ki, 2024-cü il büdcəsində Dövlət Protokol Xidməti üçün 51 milyon dramdan (130 min dollar) artıq məbləğdə nəzərdə tutulan vəsait tam həcmdə xərclənib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Corciyada iki seçki məntəqəsi təhdidlərə görə müvəqqəti bağlanıb
00:11
“Trump Media & Technology Group Corp”un səhmləri 14,44% artaraq hər səhm üçün 39,3 dollara çatıb
00:07
Mask ABŞ seçkilərinin nəticələrini Trampla birlikdə izləyəcək
00:04
"Euronews" Azərbaycanda COP29-a hazırlıq prosesi ilə bağlı reportaj hazırlayıb
21:51
Tramp Floridada prezident seçkilərində səs verib
21:48
Pensilvaniyada amerikalı seçicilər problemlərlə üzləşir
21:46
KİV: “İslami müqavimət” silahlıları ABŞ-nin Suriyadakı hərbi bazasına hücum edib
21:45
Azərbaycan və Çinin milli insan hüquqları təsisatları arasında əməkdaşlıq müzakirə olunub
19:20
Moratinos: Azərbaycan COP29-un uğurunu təmin etmək üçün böyük təşkilati iş görüb
19:18
Səfir: Azərbaycan və Meksika xalqları öz identikliyini qoruyub saxlaya biliblər
19:16
Bakı-Xırdalan-Sumqayıt-Bakı marşrutu üzrə qatarların hərəkət qrafiki dəyişir
16:34
Azərbaycanda ƏDV bəyannaməsinin əvvəlcədən doldurulması mümkün olacaq
16:32
Prezident İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib
16:27
AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu sığortaçı seçib
16:25
Sorğu: Ermənistan sakinlərinin 60%-i Paşinyanın fəaliyyətindən narazıdır
16:20
Azərbaycanda məsafədən kreditləşmənin müsbət və mənfi tərəfləri açıqlanıb
16:12
Rəvan Həsənov: Dinlərarası dialoq ekoloji böhranların həlli baxımından çox əhəmiyyətlidir
15:04
SOCAR Əbu-Dabidə beynəlxalq neft sərgisində və konfransında iştirak edir
15:02
Bakıda yol təsərrüfatına ziyan vurulub
14:05
Azərbaycan və Özbəkistan ikili diplom proqramının başladılmasını müzakirə edir
14:02