Azərbaycana 4 ölkədən turist axını 2 dəfə artıb
İQTİSADİYYAT
14:45
17.10.2024
Baxılıb: 870
Azərbaycana 4 ölkədən turist axını 2 dəfə artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 186 ölkədən 1 milyon 983,3 min və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 29,1 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gələnlərin 28,4 %-i Rusiya, 16,2 %-i Türkiyə, 9,1 %-i Hindistan, 8,1 %-i İran, 4,2 %-i Səudiyyə Ərəbistanı, 4,1 %-i Gürcüstan, 3,3 %-i Qazaxıstan, 2,9 %-i Pakistan, hər birindən 1,7 % olmaqla Özbəkistan, Çin və Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,4 % olmaqla Küveyt və Ukrayna, hər birindən 1,2 % olmaqla İsrail və Türkmənistan, 1,1 %-i Oman, %-i Belarus, 11,3 %-i digər ölkələrin vətəndaşları olub.

Gələnlərin 66,8 %-ini kişilər, 33,2 %-ini qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Hindistandan gələnlərin sayı 2,3 dəfə, Cənubi Koreyadan - 2 dəfə, Çindən - 1,9 dəfə, İspaniyadan - 1,9 dəfə, Filippindən - 1,6 dəfə, Qırğızıstandan - 1,6 dəfə, Qazaxıstandan - 1,6 dəfə, Pakistandan - 1,5 dəfə, Omandan - 1,5 dəfə, İordaniyadan - 41,3 %, İrandan - 38,4 %, İtaliyadan - 36,2 %, Polşadan - 35,7 %, Türkmənistandan - 30,2 %, Səudiyyə Ərəbistanından - 28,1 %, Yəməndən - 25,3 %, ABŞ-dan - 21,8 %, Almaniyadan - 21,6 %, Özbəkistandan - 20,8 %, Misirdən - 20,1 %, Rusiyadan - 18,4 %, Ukraynadan - 18,2 %, Türkiyədən - 17,2 %, Fransadan - 17 %, Küveytdən - 16,4 %, Moldovadan - 12,3 %, Tacikistandan - 11,2 %, Gürcüstandan - 10,6 %, Böyük Britaniyadan - 10 %, Bəhreyndən - 10 % artıb.

İl ərzində Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 32,2 % artaraq 81,8 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 31,4 % artaraq 337,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 20,6 % artaraq 748,5 min nəfər olub.

Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 76 %-i hava, 22,8 %-i dəmir yolu və avtomobil, 1,2 %-i isə dəniz nəqliyyatından istifadə edib.

SON XƏBƏRLƏR
Hakan Fidan NATO-nun Baş katibi ilə görüşüb
19:56
Azərbaycan Respublikası Müdafiə Nazirliyi yeni video yayımlayıb
18:03
"Sərhədlərin açılması məsələsində əhalimizlə açıq danışmalıyıq".
17:56
Mövləvi Fəthi Məhəmməd Nəkşbəndi beş il azadlıqdan məhrum edilib
17:38
"Mənfəət əldə etmək üçün həmin əmlakların özəlləşdirilməsinə lazımdır"
17:28
Dövlət istiqrazlarının vaxtından əvvəl geri alınması məqbuldur
17:24
"Schlumberger" Azərbaycanda geotermal layihələrin reallaşdırılmasına texniki dəstək göstərəcək
17:19
Bu həftə İran və Avropa "üçlüyü"nün nümayəndə heyətləri görüşəcək
17:16
Cavaşir Paşazadə: "Cənub bölgəsində yeni, böyük bir su anbarı tikilməlidir"
17:13
"Silk Way Alat Free Economic Zone" şirkəti və "Modern Construction Group" əlamətdar saziş imzalayıb
17:08
Tahir Mirkişili: "Gələn il üçün neftin büdcə qiyməti reallığa çox yaxındır"
17:07
Türkiyə Prezidenti NATO-nun Baş katibi ilə görüşüb
17:04
Azərbaycanda ilk dəfə "yaşıl büdcə"nin xərcləri açıqlanıb
14:41
Azər Əmiraslanov: "Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək"
14:37
Qeyri-neft-qaz sektorundan gəlirləri 2024-cü illə müqayisədə təxminən 924 milyon manat çox olacaq
14:20
İlham Əliyev bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında qanunu təsdiq edib
14:18
KİV: İsrail Livanda atəşkəs sazişini ilkin olaraq təsdiqləyib
14:15
Almasadam Satkaliyev: "Qazaxıstan BTC ilə neft tranzitini 13 dəfə artırmaq imkanını nəzərdən keçirir"
14:10
Ali Məhkəmə təhqir və böhtana məruz qalan şəxsin hansı məhkəməyə müraciət edə biləcəyinə aydınlıq gətirib
14:06
Türkiyə Silahlı Qüvvələri Suriyada yeni əməliyyat keçirib
14:03