Nigeriya “Shell”in neft aktivlərinin bir hissəsinin satışını əngəlləyib
İQTİSADİYYAT
20:28
21.10.2024
Baxılıb: 658
Nigeriya “Shell”in neft aktivlərinin bir hissəsinin satışını əngəlləyib

Nigeriya hökuməti “Shell” enerji qrupunun ölkənin materik hissəsində və Qvineya körfəzində bilavasitə sahilə yaxın ərazidə yerləşən neft və qaz hasilatı aktivlərinin satışını əngəlləyib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Nigeriyanın Neft Hasilatı Tənzimləməsi Komissiyasının rəhbəri Qbenqa Komolafe paytaxt Abucada keçirdiyi brifinqdə bildirib.

“Satış müqaviləsi tənzimləyicinin testindən keçmədi”, - o deyib, ancaq konkret səbəbləri göstərməyib.

Xatırladaq ki, yanvarda “Shell” Afrikanın beş şirkəti birləşdirən “Renaissance” konsorsiumu ilə Nigeriyanın materik hissəsində və sahildəki dayaz sularda neft hasilatı ilə məşğul olan “Shell Petroleum Development Company of Nigeria Limited” (SPDC) şirkətini ona satmaq barədə razılığa gəlib. Amma sentyabrda Nigeriyanın cənubundakı sakinləri təmsil edən bir neçə icma ətraf mühitin çirklənməsinə görə 310 milyon dollar kompensasiya ödənilənə qədər “Shell”in bizneslərinin ​​satışını dayandırmaq üçün ölkənin Ali Məhkəməsində iddia qaldırıb.

“Daily Post” qəzeti qeyd edir ki, digər böyük Qərb enerji qrupları kimi, “Shell” də təhlükəsizlik problemləri səbəbindən materikdəki aktivlərini satır. Eyni zamanda, “Shell” Nigeriya şelfində neft hasilatı planlarını genişləndirir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Xəzər dənizində zəlzələ olub
05:44
Fransada yeniyetmə terror aktı hazırlamaqda şübhəli bilinərək saxlanılıb
05:41
Aİ Moldovada dəmir yolu xəttinin yenidən qurulmasına 32 milyon avro ayıracaq
03:49
İtaliyanın Baş naziri Azərbaycana səfərə gəlib
03:45
Hakan Fidan Blinkenlə Azərbaycan-Ermənistan sülh prosesinin mövcud vəziyyətini müzakirə edib
03:43
Ekvadorda həbsxanada iğtişaşlar nəticəsində 15 nəfər ölüb
03:36
Ərdoğan: Uğurlu tədbirə və səmimi ev sahibliyinə görə İlham Əliyevi təbrik edirəm
03:36
Alimlər: Dünyadakı nadir meşələrin yarıdan çoxu iqlim səbəbindən yox ola bilər
03:32
Ağ Evdə Baydenlə Tramp arasında görüş olacaq
03:25
Emin Əmrullayev: Təhsildə 2014-2015-ci illərdə keçirilən islahatların nəticəsini indi görürük
21:27
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
21:25
Türkiyə Türkmənistan qazının Azərbaycan ərazisindən nəqlini mümkün hesab edir
20:43
Prezident İlham Əliyev Böyük Britaniyanın Baş naziri ilə görüşüb
20:27
SOCAR ABŞ şirkəti ilə rəqəmsallaşma sahəsində əməkdaşlıq imkanını araşdırır
19:03
IRENA: Bərpa olunan enerji mənbələri üzrə bir-biri ilə əlaqəli şəbəkələr lazımdır
19:01
"Silk Way Group" COP29 çərçivəsində Ələt Azad İqtisadi Zonasında yeni yük hava limanını təqdim edib
19:00
SOCAR “İtalgas” şirkəti ilə əməkdaşlığa dair saziş imzalayıb
18:57
Azərbaycanın bank sektoru 2030-cu ilin sonuna qədər maliyyə öhdəliklərini elan edəcək
18:49
Bakı limanının tikintisinin II fazası çərçivəsində əsasən konteyner yüklərinə diqqət yetiriləcək.
18:48
Azərbaycan neftinin 1 barelinin 73,72 ABŞ dolları təşkil edib
18:46