Deputat: “BRICS Azərbaycan sahibkarlarına ixrac baxımdan yeni imkanlar yaradır”
İQTİSADİYYAT
18:10
24.10.2024
Baxılıb: 210
Deputat: “BRICS Azərbaycan sahibkarlarına ixrac baxımdan yeni imkanlar yaradır”

BRICS kifayət qədər geniş coğrafiyanı əhatə etdiyindən bu Azərbaycan sahibkarları üçün ixrac baxımdan yeni imkan kimi dəyərləndirilib.

Bu barədə "Report"a Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

O qeyd edib ki, dünya əhalisinin 45 %-nin məskunlaşdığı BRICS ölkələri hazırda qlobal iqtisadiyyatın 37,4 %-ni formalaşdırır. “Bu, illik 29 trilyon ABŞ dollarına yaxın ümumi daxili məhsul (ÜDM) deməkdir. BRICS artıq qlobal gücə çevrilib. Belə ki, əgər 1992-ci ildə hazırda BRICS-ə üzv olan ölkələrin qlobal iqtisadiyyatda payı 16,7 %, "Böyük Yeddilik" (G7) dövlətlərinin qlobal ÜDM-də çəkisi 45,5 %-idisə, ötən müddətdə G7-nin qlobal payı 29 %-dək azalıb. 2009-cü ildə yaradılan BRICS ona olan üzv ölkələr üçün inkişaf baxımdan yeni imkanlar yaratdı”.

BRICS-lə əməkdaşlığın genişləndirilməsinin Azərbaycana yaradacağı imkanlardan söz açan deputat diqqətə çatdırıb ki, bu, həm qeyri-neft ixracatının artırılması, həm də fərqli iqtisadi sahələrdə birgə layihələrin reallaşması baxımdan vacibdir: "BRICS kifayət qədər geniş coğrafiyanı əhatə etdiyindən bu Azərbaycan sahibkarları üçün ixrac baxımdan yeni imkan kimi dəyərləndirilib. Digər tərəfdən, həmin dövlətlərdə Azərbaycanın qeyri-neft məhsullarına xüsusi tələbi də vardır. Eyni zamanda, BRICS ölkələri ilə turizm sahəsində əməkdaşlıq son illər daha güclənib. Bu ilin ilk 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə Hindistandan gələnlərin sayı 2,3 dəfə, Çindən - 1,9 dəfə, İrandan - 38,4 %, Misirdən - 20,1 %, Rusiyadan - 18,4 % artıb. Bu sahədə daha geniş əməkdaşlıq imkanları və potensial var".

Onun sözlərinə görə, BRICS-lə əməkdaşlığın güclənməsi Azərbaycan üçün, həmçinin öz iqtisadi potensialını təqdim etmək baxımdan da bir imkandır: "Bu aspektdən, bu əməkdaşlıq ölkəmizə yeni iqtisadi dividendlər qazandırır. Bu il üçün də ümumən sərmayə qoyuluşunun həcminin artırılmasına nail olmaq, o cümlədən investisiya portfelində qeyri-neft sektoruna yönəldilən xarici sərmayələrin payının artırılması əsas hədəflərdən biri kimi qarşıya qoyulub. Bu baxımdan BRICS ölkələrindən yeni sərmayələrin cəlbi imkanları yüksək qiymətləndirilir. BRICS-lə əməkdaşlığın güclənməsi yeni dövrün yeni hədəflərinin daha tez və səmərəli reallaşmasına töhfədir".

Qeyd edək ki, 2006-cı ildə yaradılan BRICS hazırda özündə ölkəni - Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini birləşdirən hökumətlərarası qurumdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Corciyada iki seçki məntəqəsi təhdidlərə görə müvəqqəti bağlanıb
00:11
“Trump Media & Technology Group Corp”un səhmləri 14,44% artaraq hər səhm üçün 39,3 dollara çatıb
00:07
Mask ABŞ seçkilərinin nəticələrini Trampla birlikdə izləyəcək
00:04
"Euronews" Azərbaycanda COP29-a hazırlıq prosesi ilə bağlı reportaj hazırlayıb
21:51
Tramp Floridada prezident seçkilərində səs verib
21:48
Pensilvaniyada amerikalı seçicilər problemlərlə üzləşir
21:46
KİV: “İslami müqavimət” silahlıları ABŞ-nin Suriyadakı hərbi bazasına hücum edib
21:45
Azərbaycan və Çinin milli insan hüquqları təsisatları arasında əməkdaşlıq müzakirə olunub
19:20
Moratinos: Azərbaycan COP29-un uğurunu təmin etmək üçün böyük təşkilati iş görüb
19:18
Səfir: Azərbaycan və Meksika xalqları öz identikliyini qoruyub saxlaya biliblər
19:16
Bakı-Xırdalan-Sumqayıt-Bakı marşrutu üzrə qatarların hərəkət qrafiki dəyişir
16:34
Azərbaycanda ƏDV bəyannaməsinin əvvəlcədən doldurulması mümkün olacaq
16:32
Prezident İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib
16:27
AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu sığortaçı seçib
16:25
Sorğu: Ermənistan sakinlərinin 60%-i Paşinyanın fəaliyyətindən narazıdır
16:20
Azərbaycanda məsafədən kreditləşmənin müsbət və mənfi tərəfləri açıqlanıb
16:12
Rəvan Həsənov: Dinlərarası dialoq ekoloji böhranların həlli baxımından çox əhəmiyyətlidir
15:04
SOCAR Əbu-Dabidə beynəlxalq neft sərgisində və konfransında iştirak edir
15:02
Bakıda yol təsərrüfatına ziyan vurulub
14:05
Azərbaycan və Özbəkistan ikili diplom proqramının başladılmasını müzakirə edir
14:02