Şöbə müdiri: "Azərbaycanın BRICS-də iştirakı iqtisadi əməkdaşlıq perspektivləri vəd edir"
İQTİSADİYYAT
19:16
24.10.2024
Baxılıb: 689
Şöbə müdiri:

Azərbaycanın BRICS-də iştirakı strateji uğurlar və iqtisadi əməkdaşlıq perspektivləri vəd edir.

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyevin Rusiyaya səfəri və Kazan şəhərində XVI BRICS Sammitində iştirakını şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji planlaşdırma şöbəsinin müdiri, iqtisad elmləri doktoru Aqil Əsədov bildirib.

Onun sözlərinə görə, BRICS 2009-cu ildə ticarət, investisiya və maliyyə əməkdaşlığını artırmaq, elm, texnologiya və innovasiyalar sahəsində birgə əməkdaşlığı inkişaf etdirmək, eləcə də, mədəni, sosial və humanitar mübadiləni təşviq etmək məqsədilə yaradılıb. Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası ilə yaradılan BRICS-ə üzv ölkələrin sıraları sonradan daha da genişlənib. Dünya əhalisinin 45 %-ni, qlobal iqtisadiyyatın 37 %-dən çoxunu əhatə edən BRICS artıq yeni gücə və yeni iqtisadi tərəfdaşlıq platformasına çevrilir. Bu isə təşkilat üzvləri üçün çoxşaxəli və yeni inkişaf imkanları yaradır. Mütəxəssislərin fikrincə, 2050-ci ilə qədər BRICS-ə daxil olan üzv ölkələrin ümumi iqtisadiyyatı dünyanın ən zəngin ölkələrinin cəmi iqtisadiyyatlarını geridə qoyacaq.

A. Əsədov qeyd edib ki, Azərbaycanın BRICS-in əksər üzvləri ilə bu və ya digər dərəcədə iqtisadi əlaqələri formalaşıb və inkişaf etməkdədir. 2023-cü ilin rəqəmləri Azərbaycanın xarici ticarət dövriyyəsində BRICS ölkələrinin payının təqribən 18 % təşkil etdiyini göstərir ki, bu da 2022-ci illə müqayisədə 13,5 % artım deməkdir. Ümumilikdə isə, 2021-2023-cü illərdə idxal, ixrac və ümumi ticarət dövriyyəsində BRICS üzvlərinin payı aşağıdakı diaqramlarda əks olunur:

Göründüyü kimi, idxalda Rusiya və Çin, orta hesabla, 18 % və 15,7 %-lə üstünlük təşkil edir.

İxracda isə Rusiya və Hindistan daha çox xüsusi çəkiyə malikdir. Belə ki, ölkəmizin ümumi ixracının orta hesabla 3,2 %-i Rusiyanın, 3,4 %-i isə Hindistanın payına düşür.

Ümumilikdə, BRICS üzvləri ilə ticarət dövriyyəsinə gəldikdə isə ilk üçlükdə orta hesabla 8,1 %-lə Rusiya, 5,2 %-lə Çin və 2,9 %-lə Hindistan yer alır.

İİTKM-in şöbə müdiri diqqətə çatdırıb ki, Kazanda keçirilən Sammitdə daha 30 ölkənin BRICS-ə üzv olmaq və ya tərəfdaşlıq üçün müraciət etdiyini nəzərə aldıqda, bu beynəlxalq platformanın gələcəkdə daha genişmiqyaslı iqtisadi əlaqələrin qurulmasında əhəmiyyəti artmış olur. Müraciət edən ölkələr içərisində Türkiyə, Pakistan, Qazaxıstan kimi iqtisadi əlaqələrimizin daha güclü olduğu dövlətlər də var.

A. Əsədov vurğulayıb ki, Azərbaycanın BRICS beynəlxalq platformasına üzvlük təşəbbüsü iqtisadi inteqrasiya, enerji resurslarının istifadəsi, investisiya və infrastruktur layihələri, üzv ölkələr arasında mədəni və sosial əməkdaşlığın inkişafı, ölkənin xarici siyasətinin daha da şaxələndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Azərbaycanın BRICS-ə üzv olması, iqtisadi, siyasi və sosial sahələrdə geniş imkanlar təqdim edərək, ölkənin beynəlxalq mövqeyini gücləndirməklə, həm regional, həm də qlobal səviyyədə daha balanslı və ədalətli bir sistemin yaradılmasına yönəlmiş müsbət bir addım olacaq. Təşkilat daxilində nəqliyyat dəhlizlərinə diqqətin artırılması, nəqliyyat infastrukturunun inkişafı, limanların artırılması, təkmilləşdirilməsi və s. kimi məsələlər prioritetdir ki, bunlar da Avropa və Asiya arasında mühüm nəqliyyat-tranzit qovşağı olan Azərbaycanın əhəmiyyətini daha da artırır, eləcə də ölkənin potensial imkanlarından daha səmərəli istifadəyə imkan yaradır. Bütün bunlar belə deməyə əsas verir ki, BRICS – iqtisadi əməkdaşlıq və inkişaf üçün strateji tərəfdaşlığın yeni istiqamətidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Qəzzada ölənlərin sayı 44,2 min nəfəri keçib
18:35
KİV: Almaniya Müdafiə Nazirliyi parad formalarına 825 milyon avro xərcləmək niyyətindədir
18:33
Peruda yol qəzası nəticəsində 7 nəfər ölüb, 30-dan çox insan yaralanıb
18:10
İran uranın zənginləşdirilməsi üçün yeni sentrifuqaları istifadəyə verib
18:08
Ombudsman Ciddədə İƏT MDİHK-nin 24-cü sessiyası çərçivəsində tematik müzakirələrdə iştirak edib
18:06
Azərbaycan nümayəndə heyəti NATO PA-nın 70-ci illik sessiyasında iştirak edir
17:31
Rəcəb Tayyib Ərdoğan Vladimir Putinlə telefonla danışıb
17:30
Peskov: Cozef Borrellin rəhbərlik etdiyi illər utancla xatırlanacaq
17:28
“SpaceX” şirkətinin raketi 20 “Starlink” peykini orbitə çıxarıb
17:26
Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb
17:22
Qan qrupuna görə xəstəlik riskləri açıqlanıb
17:20
KİV: ABŞ və Yaponiya Tayvan bölgəsində əməliyyatlar planı hazırlayır
17:17
Moldova Rusiya ilə birbaşa hava əlaqəsini bərpa edə bilmir
17:15
ABŞ-də senator məşhur generalın rütbə almasına mane olub
14:49
Filippində güclü yanğında minə yaxın ev külə dönüb
14:46
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
14:08
2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon ABŞ dollarının səfərbər edilməlidir
13:51
Peskov: Rusiyanın yenilənmiş nüvə doktrinası ABŞ üçün siqnal sayıla bilər
13:47
Sabah güclü külək bəzi insanlarda narahatlıq hissi yarada bilər
13:45
Gürcüstan DİN müxalifət tərəfdarlarını gözlənilən etiraz aksiyasında qanuna riayət etməyə çağırıb
13:43