Azərbaycan şirkəti Türkmənistanın əsas beynəlxalq konfransının baş tərəfdaşı olub
İQTİSADİYYAT
17:42
27.10.2024
Baxılıb: 946
Azərbaycan şirkəti Türkmənistanın əsas beynəlxalq konfransının baş tərəfdaşı olub

Aşqabadda "Türkmənistanın Neft və Qazı 2024" 29-cu Beynəlxalq Konfransı və Sərgisi öz işini başa çatdırıb.

Tədbirdə 52 ölkədən dövlət qurumları, özəl şirkətlər, akademik və diplomatik dairələr, maliyyə institutlarından 800-dən çox nümayəndə iştirak edib.

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov forum iştirakçılarına təbrik məktubu göndərib. Dövlət başçısı müraciətində qeyd edib ki, bu gün Türkmənistan bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıqda maraqlı olan hər kəsə mühüm imkanlar təqdim edir.

Forumda dövlət qurumlarının, özəl şirkətlərin, beynəlxalq iqtisadi və analitik təşkilatların nümayəndələri çıxış ediblər. Çıxışına iki qardaş ölkənin prezidentlərinə yaradılan imkana görə təşəkkür sözləri ilə başlayan "Caspian Logistics Solutions" və "AZCHEMCO" şirkətlər qrupunun sədr müavini Rifat Sultanzadə tədbir iştirakçılarına yeni həllər və innovativ layihələr haqqında danışıb. Bu layihələrin həyata keçirilməsi üçün "Türkmənkimya" və "Türkmənqaz" Dövlət Konserni ilə əməkdaşlıq xüsusi qeyd edilib.

Həmçinin şirkətin Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlığı çərçivəsində şoranlaşmış torpaqların bərpası və kənd təsərrüfatına qaytarılması layihəsinin tarixindən bəhs edən videoçarx geniş ictimaiyyətə nümayiş etdirilib.

R.Sultanzadə bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının dünya ictimaiyyəti üçün əhəmiyyətini xüsusilə vurğulayıb və hər kəsi bu konfransa dəvət edib.

Konfransda Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Batır Amanov, Türkmənistanın Dövlət naziri - "Türkmənqaz" Dövlət Konserninin sədri Maksat Babayev, Türkmənistanın Energetika naziri Annageldi Saparov, Özbəkistanın Energetika naziri Jurabek Mirzəmahmudovun və digərləri çıxış edib.

Tədbir "Türkmənqaz" və "Türkmənnebit" Dövlət Konsernləri, Türkmənistanın Ticarət və Sənaye Palatası, "Türkməngeologiya" Dövlət Korporasiyası tərəfindən təşkil olunub.

"Türkmənistanın Neft və Qazı 2024" 29-cu Beynəlxalq Konfrans və Sərgisinin fəxri baş tərəfdaşı "Caspian Logistics Solutions" və "AZCHEMCO" şirkətlər qrupu olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Britaniya İraqla qanunsuz miqrantlara qarşı mübarizə üçün müqavilə imzalayıb
04:10
Gürcüstanda mitinq zamanı bir neçə polis əməkdaşı xəsarət alıb
04:08
Bayden: Ümid edirəm, Tramp Kanada və Meksika mallarına rüsum barədə fikrini dəyişəcək
04:04
Altmış üç ölkənin hüquq-mühafizə orqanları birgə 225 ton kokain ələ keçirib
04:01
İsrail Ordusu Livanda atəşkəsə nəzarət edəcək
03:44
Bolqarıstan rəsmisi: "Orta Dəhliz strateji mövqeyi sayəsində ticarət və iqtisadiyyatda yeni imkanlar yaradacaq
20:12
Azərbaycandakı valyuta hərraclarındakı satış 2 dəfə artıb
20:01
Nazir müavini: "DSMF-nin investisiya siyasəti konservativ və ehtiyatlıdır”
19:48
Ağdam Sənaye Parkının rezidenti Gürcüstana divar kağızları ixrac etməyə başlayıb
19:45
54 şəxs və 29 təşkilat Aİ-nin sayca 15-ci sanksiya paketinə daxil ediləcək
19:12
Çin şirkətləri ilk dəfə Avropa İttifaqının Rusiya əleyhinə sanksiyalar paketinin “qara siyahı”sına düşə bilər
19:01
“Bərgüşadçay” yedək gəmisi istismara verilib
19:00
AZPROMO Latviyaya ixrac missiyası təşkil etməyi planlaşdırır
18:56
Azərbaycan neftinin qiyməti 75 dollardan aşağı düşüb
13:41
Fransızların 63 faizi Makronun istefasını istəyir
13:38
Rusiya şirkətlərinin mənfəəti iki ilin minimumuna düşüb
13:15
Tramp Meksika Prezidenti ilə qanunsuz köçü müzakirə edib
13:13
Niderland uzaqmənzilli raketlərin hazırlanması təşəbbüsünə qoşulub
13:11
KİV: Vaşinqton Rusiyaya qarşı zərbələrin nüvə eskalasiyası riskini artırmadığını hesab edir
13:09
ABŞ Ukraynaya 725 milyon dollar məbləğində növbəti hərbi yardım paketi təqdim etməyə hazırlaşır
12:52