Bakıda strateji əhəmiyyətli yük stansiyası əsaslı təmir edilib
İQTİSADİYYAT
13:44
30.10.2024
Baxılıb: 729
Bakıda strateji əhəmiyyətli yük stansiyası əsaslı təmir edilib

Dəmir yolu ilə yükdaşımalar üçün strateji əhəmiyyətə malik Bakı yük stansiyasının Əhmədli hissəsində əsaslı təmir və yenidənqurma işləri həyata keçirib.

Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY)  xəbər verir.

Məlumata görə, 1883-cü ildə ilk neft qatarının yola salındığı bu stansiyada hazırda ölkə üzrə daşınan neft və neft məhsullarının 40 %-i qəbul edilərək təyinat məntəqələrinə yönləndirilir. Stansiyada aparılmış təmir-bərpa işləri çərçivəsində infrastrukturun yenilənməsi ilə yanaşı, yüklərin kağız əsaslı sənədləşmə olmadan rəqəmsal qaydada göndərilməsi sınaqdan keçirilib.

Stansiyanın 70 il bundan öncə tikilmiş inzibati binasında 9 ədəd köhnə istehsalat otağı yenidən qurulub və yeni müasir istehsalat otaqları tikilib. Həmçinin istismara yararsız texniki xidmət məntəqələri tam təchiz edilmiş ədəd modul tipli konteynerlə əvəzlənib. Stansiyaya gedən avtomobil yolu və stansiyanın 400 kv.metr ərazisinə asfalt örtük çəkilib və iki mərtəbəli post binası təmir olunub.

Bundan başqa, işçilərin sosial rifahının yaxşılaşdırılması məqsədilə yeni mətbəx və sanitar qovşaqlar, soyunub-geyinmə otağı, namaz otağı və digər lazımi infrastruktur məntəqələri yaradılıb. Stansiyanın işçi heyəti yeni uniforma və fərdi mühafizə vasitələri ilə təchiz edilib.

“Yaşıl dünya naminə həmrəylik” ilinin çağırışına uyğun olaraq stansiya ərazisində yaşıllaşdırma işləri görülüb və onlarla ağac əkilib.

Qeyd edək ki, yüklərin qəbulu və göndərilməsi üçün stansiya ərazisində mövcud 9 yolun yenilənməsi, yeni yolların salınması və ümumi infrastrukturun daha da təkmilləşdirilməsi planlaşdırılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Aİ və Çin elektromobillərdə rüsumların ləğvi ilə bağlı razılığa yaxındırlar
11:10
Kanadada 9 ildə ən böyük qızılca alovlanması qeydə alınıb
03:38
Belçika səfirliyi COP29 barədə: İnanılmaz əməkdaşlığın şahidi olduq
02:42
Medvedev: Tramp Ukrayna münaqişəsinə son verə bilər
02:41
Afinadakı səfir Aqrobiznes Forumunda iştirakçılara COP29-un yekunları barədə məlumat verib
01:19
İstanbulda Azərbaycan vətəndaşında 70 kq qızıl aşkarlanıb
00:48
Paşinyan: İrəvan Bakıya Aİ missiyasının delimatasiya olunacaq ərazidə fəaliyyət göstərməməsini təklif edib
00:47
Trampın keçid komandası seçilmiş prezidentə qarşı işin dayandırıldığını açıqlayıb
00:29
Putin “Oreşnik” sisteminin seriyalı istehsalını elan edib
00:23
Azərbaycan “Şimal-Cənub” dəhlizinin bir hissəsinin bərpası çərçivəsində ADB ilə kredit sazişi imzalayıb
00:21
Qəzza zolağında cəsədləri tapılan və dağıntılar altında qalanların sayı 43 mini keçə bilər
07:35
Senat Tramp administrasiyasına namizədləri tez bir zamanda təsdiq etmək niyyətindədir
07:32
Almaniyada kanslerin sözləri parlamentariləri güldürüb
07:30
Polşada prezident seçkilərinin tarixi 2025-ci il yanvarın əvvəlində məlum olacaq
07:29
Dünyada 820 milyondan çox insan diabetdən əziyyət çəkir
07:28
İsrail ordusunun itkiləri 792 nəfərə çatıb
01:52
Ronaldinyo COP29 məkanında AZCHEMCO pavilyonunu ziyarət edib
01:51
Borrell Qərbi Rusiyanın dondurulmuş aktivlərini müsadirə etməyə çağırıb
00:00
Polşanın şimalında ABŞ-nin raketdən müdafiə bazası açılıb
00:00
Trampın dörd əsas məsləhətçisinin adı açıqlanıb
00:00