Səməd Bəşirli: "Karbon vergisində fərqli davranmaq şansımız olmayacaq"
İQTİSADİYYAT
11:26
31.10.2024
Baxılıb: 647
Səməd Bəşirli:

Karbon vergisini bütün ölkələr tətbiq etməyə başladığı təqdirdə Azərbaycanın fərqli davranmaq şansı olmayacaq.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli təmsil etdiyi qurumun və BMT-nin ölkəmizdəki nümayəndəliyinin təşkilatçılığı ilə Bakıda keçirilən “Gələcəyin sədaları: İqlim fəaliyyəti və qlobal məqsədlərə yönələn səylərin əlaqələndirilməsi” mövzusunda təşkil edilən Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda bildirib.

"Bizim karbon emissiyalarını azaltmaq üçün qarşımızda hansı iqtisadi çətinliklər var? Bu qiymətləndirmənin aparılmasında hansı çətinliklər var? Biz texnologiyanın xərcləri hesablarında bugünkü qiymətləri nəzərə alırıq, amma 5-10 ildən sonra bu texnologiyanın qiymətinin nə qədər olacağını təxmin edə bilmirik. Çünki iqlim dəyişmələrinə, emissiyaların azalmasına yönələn texnologiyalar artdıqca bunların qiymətinin düşməsi yəqin ki, qaçılmaz olacaq. İkinci əsas məsələ isə real sektora təsirdir. Bu təsir birmənalı şəkildə lacaq. Eyni zamanda düşünməliyik ki, bi neçə il əvvələ qədər karbon vergisi sözü çox spesifik hallarda səslənirdi, ancaq indi gündəliyimizi məşğul edir. Karbon vergisini bütün ölkələr tətbiq etməyə başladığı təqdirdə bizim fərqli davranmaq şansımız olmayacaq. Bunun real sektora təsir edəcəyi şübhəsizdir. Amma biz qlobal reallığı nəzərə almadan qlobal iqtisadiyyata inteqrasiya olunmuş şəkildə fəaliyyət göstərə bilmərik", - deyə o qeyd edib.

SON XƏBƏRLƏR
Hakan Fidan NATO-nun Baş katibi ilə görüşüb
19:56
Azərbaycan Respublikası Müdafiə Nazirliyi yeni video yayımlayıb
18:03
"Sərhədlərin açılması məsələsində əhalimizlə açıq danışmalıyıq".
17:56
Mövləvi Fəthi Məhəmməd Nəkşbəndi beş il azadlıqdan məhrum edilib
17:38
"Mənfəət əldə etmək üçün həmin əmlakların özəlləşdirilməsinə lazımdır"
17:28
Dövlət istiqrazlarının vaxtından əvvəl geri alınması məqbuldur
17:24
"Schlumberger" Azərbaycanda geotermal layihələrin reallaşdırılmasına texniki dəstək göstərəcək
17:19
Bu həftə İran və Avropa "üçlüyü"nün nümayəndə heyətləri görüşəcək
17:16
Cavaşir Paşazadə: "Cənub bölgəsində yeni, böyük bir su anbarı tikilməlidir"
17:13
"Silk Way Alat Free Economic Zone" şirkəti və "Modern Construction Group" əlamətdar saziş imzalayıb
17:08
Tahir Mirkişili: "Gələn il üçün neftin büdcə qiyməti reallığa çox yaxındır"
17:07
Türkiyə Prezidenti NATO-nun Baş katibi ilə görüşüb
17:04
Azərbaycanda ilk dəfə "yaşıl büdcə"nin xərcləri açıqlanıb
14:41
Azər Əmiraslanov: "Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək"
14:37
Qeyri-neft-qaz sektorundan gəlirləri 2024-cü illə müqayisədə təxminən 924 milyon manat çox olacaq
14:20
İlham Əliyev bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında qanunu təsdiq edib
14:18
KİV: İsrail Livanda atəşkəs sazişini ilkin olaraq təsdiqləyib
14:15
Almasadam Satkaliyev: "Qazaxıstan BTC ilə neft tranzitini 13 dəfə artırmaq imkanını nəzərdən keçirir"
14:10
Ali Məhkəmə təhqir və böhtana məruz qalan şəxsin hansı məhkəməyə müraciət edə biləcəyinə aydınlıq gətirib
14:06
Türkiyə Silahlı Qüvvələri Suriyada yeni əməliyyat keçirib
14:03