Slovakiya Azərbaycandan qaz tədarükündə maraqlıdır
İQTİSADİYYAT
11:30
31.10.2024
Baxılıb: 2411
Slovakiya Azərbaycandan qaz tədarükündə maraqlıdır

lovakiya qaz təchizatı mənbələrinin şaxələndirilməsi, o cümlədən Azərbaycandan “mavi yanacağ”ın idxalı imkanlarının öyrənilməsi üzərində fəal işləyir.

Bu barədə Slovakiyanın İqtisadiyyat Nazirliyindən bildiriblər.

"Azərbaycan rəsmiləri ilə, o cümlədən Avropaya qaz ixracının genişləndirilməsi ilə bağlı danışıqlar Slovakiyanın ölkəni yeni enerji mənbələri ilə təmin etməyə sadiq olduğunu göstərir", - nazirlik qeyd edir.

Həmçinin qeyd olunub ki, hazırda ölkənin yeraltı anbarları qazla doldurulub və Slovakiya qonşu dövlətlərin qaz sistemlərinə qoşulub. Bu, alternativ mənbələrdən və qaz çatdırılması marşrutlarından istifadə etməyə imkan verir ki, bu da Bratislavanın Ukrayna ərazisindən çatdırılan Rusiya qazından sırf asılı olmamasına imkan yaradır.

"Slovakiyanın İqtisadiyyat Nazirliyi digər maraqlı tərəflərlə birlikdə təbii qaz da daxil olmaqla enerji mənbələrinin şaxələndirilməsi istiqamətində əhəmiyyətli addımlar atıb", - məlumatda vurğulanıb.

Qeyd edək ki, Ukrayna vasitəsilə Rusiyadan qaz tranziti üzrə müqavilənin müddəti 2024-cü ilin sonunda başa çatır. Rusiyadan Çexiya və Slovakiyaya Ukrayna vasitəsilə qaz tranziti "Qardaşlıq" qaz kəməri vasitəsilə həyata keçirilir.

Xatırladaq ki, 2023-cü ildə Slovakiyada istehlak edilən qazın ümumi həcmi 45,537 teravatt/saat (4,23 milyard kubmetr) təşkil edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Yüksələn dalğa: influenser marketinq
13:36
İnfluenser kimdir və kimlər influenser ola bilər?
13:31
"Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
16:13
Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
16:11
Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
16:09
ABŞ Tayvana 385 milyon dollarlıq silah satışını təsdiqləyib
16:07
Naməlum təyyarələr Suriyanın Homs əyalətinə hava zərbələri endirib
16:04
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artaraq 75,37 ABŞ dolları təşkil edib
16:02
“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
16:01
DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
15:59
Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb
13:22
Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının “Tren de Araqua” bandası olduğunu bildirib
13:13
Kim Çen In: Pxenyan həmişə Moskvanın yanında olacaq
12:56
Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
12:54
Zelenski işğalda olan ərazilərin dərhal qaytarmadan münaqişəni dayandırmağa hazırdır
12:30
Azərbaycan İsveç ilə IOTA çərçivəsində birgə fəaliyyətin prioritet istiqamətlərini müzakirə edib
20:28
Baltik dənizinin Finlandiya akvatoriyasında NATO təlimləri keçirilib
20:25
Vəkillər Kollegiyasının sədri formal vəkillik və nöqsanları büro rəhbərlərinin nəzərinə çatdırıb
20:22
Suriyada üsyançılar Hələbə daxil olub
20:21
Deputat: Erməni lobbisinin marionetinə çevrilmiş Fransa Ermənistanın əli ilə bölgədə öz arzularını həyata keçi
15:13