“Neo Nomad” (müasir köçəri) vizası
İQTİSADİYYAT
19:08
02.11.2024
Baxılıb: 1266
“Neo Nomad” (müasir köçəri) vizası

Qazaxıstan xarici turistlər üçün yeni “Neo Nomad” (müasir köçəri) vizası tətbiq edib.

Bu barədə TASS Qazaxıstanın Turizm və İdman Nazirliyinə istinadən məlumat yayıb.

“Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin tapşırığına əsasən, “Neo Nomad” adlı yeni viza növü tətbiq edilib. Bu viza müasir köçərilər adlandırılan şəxslər - iş və istirahəti birləşdirən, səyahət edən və məsafədən işləyən xarici turistlər üçün nəzərdə tutulub. Yeni viza rejimi pandemiyadan sonra oxşar proqramları uğurla həyata keçirən 50-dən çox ölkənin beynəlxalq təcrübəsini nəzərə alır”, - məlumatda deyilir.

Qeyd olunur ki, əcnəbi turistlər xarici şirkətlərdə işlə təmin olunmaqla Qazaxıstanda bir ilədək qala biləcəklər.

Qurumdan verilən məlumata görə, “Neo Nomad” vizası almaq üçün xarici vətəndaş Qazaxıstandan kənarda azı 3 min ABŞ dolları həcmində sabit gəliri olduğunu nümayiş etdirməlidir. Həmçinin tibbi sığorta və məhkumluq haqqında arayışın təqdim edilməsi zəruridir.

“Viza proqramlaşdırma, marketinq və maliyyədən tutmuş konsaltinq, dizayn və elektron ticarətə kimi müxtəlif sahələrdə məsafədən işləyən turistlər üçün nəzərdə tutulub”, - nazirlikdən bildirib.

Turizm Nazirliyi viza rejiminin tətbiqindən iqtisadi effektin hər il 3 milyard təngəni (6,8 milyon ABŞ dolları) ötəcəyini gözləyir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
"Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
16:13
Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
16:11
Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
16:09
ABŞ Tayvana 385 milyon dollarlıq silah satışını təsdiqləyib
16:07
Naməlum təyyarələr Suriyanın Homs əyalətinə hava zərbələri endirib
16:04
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artaraq 75,37 ABŞ dolları təşkil edib
16:02
“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
16:01
DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
15:59
Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb
13:22
Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının “Tren de Araqua” bandası olduğunu bildirib
13:13
Kim Çen In: Pxenyan həmişə Moskvanın yanında olacaq
12:56
Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
12:54
Zelenski işğalda olan ərazilərin dərhal qaytarmadan münaqişəni dayandırmağa hazırdır
12:30
Azərbaycan İsveç ilə IOTA çərçivəsində birgə fəaliyyətin prioritet istiqamətlərini müzakirə edib
20:28
Baltik dənizinin Finlandiya akvatoriyasında NATO təlimləri keçirilib
20:25
Vəkillər Kollegiyasının sədri formal vəkillik və nöqsanları büro rəhbərlərinin nəzərinə çatdırıb
20:22
Suriyada üsyançılar Hələbə daxil olub
20:21
Deputat: Erməni lobbisinin marionetinə çevrilmiş Fransa Ermənistanın əli ilə bölgədə öz arzularını həyata keçi
15:13
DTX: Türkiyədə 70 kq qızılla saxlanılan polkovnik-leytenant barəsində cinayət işi başlanılıb
14:53
Azərbaycanın xaricə satdığı məhsulların pulunu mənimsəyən şəxslər ifşa edilib
14:51