Azad edilmiş ərazilərdə elektrik doldurma məntəqələrinin sayı ilin sonunadək 20-yə çatdırılacaq
İQTİSADİYYAT
15:27
04.11.2024
Baxılıb: 1031
Azad edilmiş ərazilərdə elektrik doldurma məntəqələrinin sayı ilin sonunadək 20-yə çatdırılacaq

Bu ilin sonunadək Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ümumilikdə 20 Elektrik Doldurma Məntəqəsinin (EDM) quraşdırılması planlaşdırılıb.

Bu barədə “Report”a Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə “Azərişıq” ASC tərəfindən 6 məntəqə ("Zəngilan" yarımstansiyası, "Cəbrayıl" İntelektual Tədris Mərkəzi, “Xocalı” Rəqəmsal İdarəetmə Mərkəzi və s.) üzrə ümumilikdə 12 elektrik doldurma qurğusu fəaliyyət göstərir. Eyni zamanda Zəngilan şəhərində Konqres mərkəzin həyətində 3 ədəd, Şuşa şəhərində “Şuşa Otel və Konqres Mərkəzi”nin avtomobil parkında 2 ədəd elektrik doldurma qurğusu quraşdırılıb.

Məlumata görə, "yaşıl enerji zona"sının yaradılması çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı, enerji səmərəliliyi tədbirləri, elektrik nəqliyyat vasitələrindən istifadə, tikililərin damlarında bərpa olunan enerji qurğularının (xüsusən günəş panellərinin) qurulması, həmçinin küçələrin və yolların işıqlandırılmasında LED lampalardan istifadə, "ağıllı" enerji idarəetmə texnologiyalarıının tətbiqi kimi tədbirlər nəzərdə tutulub. Elektrik avtomobillərdən istifadə işğaldan azad edilmiş ərazilərdə daha təmiz ətraf mühitin formalaşdırılmasına təsir edən mühüm amillərdən biridir.

Qeyd edək ki, “yaşıl enerji zonası” hüdudlarında elektrik ilə çalışan ictimai nəqliyyat vasitələrinin, həmçinin şəxsi avtomobillərin istifadə edilməsinin təşviqi məqsədilə müvafiq elektrik doldurma məntəqələri infrastrukturunun qurulması zəruridir və bu məsələ “yaşıl enerji zonası”nın komponenti kimi nəzərə alınır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
"Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
16:13
Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
16:11
Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
16:09
ABŞ Tayvana 385 milyon dollarlıq silah satışını təsdiqləyib
16:07
Naməlum təyyarələr Suriyanın Homs əyalətinə hava zərbələri endirib
16:04
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artaraq 75,37 ABŞ dolları təşkil edib
16:02
“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
16:01
DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
15:59
Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb
13:22
Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının “Tren de Araqua” bandası olduğunu bildirib
13:13
Kim Çen In: Pxenyan həmişə Moskvanın yanında olacaq
12:56
Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
12:54
Zelenski işğalda olan ərazilərin dərhal qaytarmadan münaqişəni dayandırmağa hazırdır
12:30
Azərbaycan İsveç ilə IOTA çərçivəsində birgə fəaliyyətin prioritet istiqamətlərini müzakirə edib
20:28
Baltik dənizinin Finlandiya akvatoriyasında NATO təlimləri keçirilib
20:25
Vəkillər Kollegiyasının sədri formal vəkillik və nöqsanları büro rəhbərlərinin nəzərinə çatdırıb
20:22
Suriyada üsyançılar Hələbə daxil olub
20:21
Deputat: Erməni lobbisinin marionetinə çevrilmiş Fransa Ermənistanın əli ilə bölgədə öz arzularını həyata keçi
15:13
DTX: Türkiyədə 70 kq qızılla saxlanılan polkovnik-leytenant barəsində cinayət işi başlanılıb
14:53
Azərbaycanın xaricə satdığı məhsulların pulunu mənimsəyən şəxslər ifşa edilib
14:51