Azərbaycanda nəhəng layihələr üzrə "Dayanıqlı Maliyyə hesabatı" təsdiqedici sənəd kimi tələb edilə bilər
İQTİSADİYYAT
13:45
05.11.2024
Baxılıb: 1043
Azərbaycanda nəhəng layihələr üzrə

Azərbaycan Mərkəzi Bankı (AMB) banklar tərəfindən dayanıqlı maliyyə üzrə hesabatlılıq çərçivəsinin formalaşdırılması istiqamətində işlər aparır.

Bu barədə “Report”un sorğusuna cavab olaraq AMB-dən bildirilib.

Məlumata görə, iqlim dəyişikliklərini də nəzərə alaraq Azərbaycanda həyata keçirilən nəhəng layihələr banklar tərəfindən maliyyələşdirilərsə və Mərkəzi Banka verilən hesabatlarda "yaşıl kredit" kimi qeyd edilərsə, o zaman "Dayanıqlı Maliyyə hesabatı" təsdiqedici sənəd kimi tələb edilə bilər.

“AMB-nin səlahiyyətlərindən biri kredit təşkilatlarına nəzarət etməkdir. Hazırda dayanıqlı maliyyə üzrə banklar tərəfindən Mərkəzi Banka hesabatların təqdim edilməsi ilə bağlı tələblər mövcud deyil, lakin AMB tərəfindən müvafiq hesabatlılıq çərçivəsinin formalaşdırılması istiqamətində işləri davam etdirilir”, - AMB qeyd edib.

Xatırladaq ki, Mərkəzi Bank ölkənin dayanıqlı inkişafında maliyyə sektorunun rolunun gücləndirilməsi məqsədlə 2023-2026-cı illəri əhatə edən Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsi hazırlayıb. Yol xəritəsi qabaqcıl beynəlxalq təcrübələr nəzərə alınmaqla maliyyə institutlarının maliyyə və investisiya qərar qəbuletmə və risklərin idarə edilməsi proseslərinə iqlim dəyişmələri və ESİ amillərin inteqrasiyasını, maliyyə bazarı iştirakçılarının istiqamətləndirilməsi məqsədilə müvafiq standartların və bələdçi sənədlərin işlənib hazırlanmasını və dayanıqlı maliyyə alətləri üçün ekosistemin formalaşdırılmasını əhatə edir.

Dünya Bankı Qrupunun “İqlim və İnkişaf Hesabatı”na əsasən, Azərbaycanın karbon emissiyalarını sürətlə azaltmaq üçün 2060-cı ilə qədər 44 milyard ABŞ dolları məbləğində investisiyaya ehtiyacı var. Bu investisiyaların əhəmiyyətli bir hissəsi özəl sektorun, eləcə də bank sektorunun iştirakı ilə - 60 %-i hökumət və ictimai qurumlar tərəfindən, qalan 40 %-i isə banklar tərəfindən maliyyələşdirilməsi təmin edilə bilər. Yəni gələcək 36 il ərzində banklar tərəfindən "yaşıl maliyyə"yə yönləndirilməsi məqsədə uyğun hesab edilən həcm 17,6 milyard ABŞ dollardır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
"Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
16:13
Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
16:11
Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
16:09
ABŞ Tayvana 385 milyon dollarlıq silah satışını təsdiqləyib
16:07
Naməlum təyyarələr Suriyanın Homs əyalətinə hava zərbələri endirib
16:04
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artaraq 75,37 ABŞ dolları təşkil edib
16:02
“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
16:01
DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
15:59
Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb
13:22
Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının “Tren de Araqua” bandası olduğunu bildirib
13:13
Kim Çen In: Pxenyan həmişə Moskvanın yanında olacaq
12:56
Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
12:54
Zelenski işğalda olan ərazilərin dərhal qaytarmadan münaqişəni dayandırmağa hazırdır
12:30
Azərbaycan İsveç ilə IOTA çərçivəsində birgə fəaliyyətin prioritet istiqamətlərini müzakirə edib
20:28
Baltik dənizinin Finlandiya akvatoriyasında NATO təlimləri keçirilib
20:25
Vəkillər Kollegiyasının sədri formal vəkillik və nöqsanları büro rəhbərlərinin nəzərinə çatdırıb
20:22
Suriyada üsyançılar Hələbə daxil olub
20:21
Deputat: Erməni lobbisinin marionetinə çevrilmiş Fransa Ermənistanın əli ilə bölgədə öz arzularını həyata keçi
15:13
DTX: Türkiyədə 70 kq qızılla saxlanılan polkovnik-leytenant barəsində cinayət işi başlanılıb
14:53
Azərbaycanın xaricə satdığı məhsulların pulunu mənimsəyən şəxslər ifşa edilib
14:51