“Azerconnect Group” BMT-nin Qlobal Sazişinə qoşulub
İQTİSADİYYAT
13:51
05.11.2024
Baxılıb: 1036
“Azerconnect Group” BMT-nin Qlobal Sazişinə qoşulub

Azərbaycanın ən böyük İKT şirkəti “Azerconnect Group” Birləşmiş Millətlər Təşkilatının (BMT) Qlobal Sazişinə üzv olub. 160-dan çox ölkədən nüfuzlu təşkilatları bir araya gətirən təşəbbüs, biznesin sosial məsuliyyətinin artırılması, bu sahədə dayanıqlı inkişaf prinsiplərinə uyğunluğunun stimullaşdırılması məqsədi daşıyır.

BMT-nin Qlobal Sazişinə qoşulmaqla “Azerconnect Group” ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinə, eyni zamanda, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqinə sadiqliyini nümayiş etdirir. Şirkət həmçinin dayanıqlı inkişaf istiqamətində Qlobal Sazişin prinsiplərini öz fəaliyyət və strategiyasına tətbiq edəcəyini bəyan edir.

“Azerconnect Group” innovativ, yüksəkkeyfiyyətli və geniş əhatə dairəsinə malik telekommunikasiya xidmətləri, həmçinin həyata keçirdiyi müxtəlif layihələrlə ölkə iqtisadiyyatının inkişafına, o cümlədən Azərbaycanın regionun rəqəmsal mərkəzinə çevrilməsinə töhfə verir. Şirkət effektivliyi artıran, inkişafı sürətləndirən və gündəlik həyatı asanlaşdıran rəqəmsal həllər təqdim etməklə fərdlərin, icmaların və bizneslərin imkanlarını genişləndirir. “Azerconnect Group” artıq dayanıqlı inkişaf və sosial məsuliyyət sahələrində bir sıra effektiv təşəbbüsləri reallaşdırıb. Bu təşəbbüslərə ətraf mühitin qorunması, enerji səmərəliliyin artırılması, tullantıların idarəedilməsi, əməkdaşlar üçün rahat iş mühitinin yaradılması, onların şəxsi inkişafı üçün proqramlar və müxtəlif layihələr vasitəsilə cəmiyyətə dəstək tədbirləri daxildir.

Ətraf mühitin qorunması sahəsində həyata keçirilən layihələr barədə

“Azerconnect Group” tətbiq etdiyi innovativ biznes modeli və şəbəkələrin optimallaşdırılması sahəsində həyata keçirdiyi tədbirlər nəticəsində hər il təxminən 60%-dək enerjiyə qənaət edir. Bu da ildə 53 min meqavat elektrik enerjisinə bərabərdir. Şirkət tərəfindən, həmçinin günəş enerjisi ilə çalışan baza stansiyası pilot layihə kimi istifadəyə verilib.

Korporativ idarəetmə sahəsində həyata keçirilən layihələr barədə

“Azerconnect Group” əməkdaşların rifahı, onların şəxsi və peşəkar inkişafı, iş yerində gender bərabərliyi, inklüzivliyin təşviqi istiqamətində davamlı olaraq təşəbbüslər həyata keçirir. Artıq bir neçə ildir ki, əməkdaşların iş və şəxsi həyatı arasında balansın qorunmasına töhfə verən hibrid iş rejimi proqramı - “FLEXcellence” tətbiq edilir. Cari ildə şirkət tərəfindən əməkdaşları karyera inkişafı üçün lazım olan resurslar, təlimlər və imkanlarla təmin edən “Azerconnect Group Mükəmməllik Mərkəzi” təqdim edilib. İcra olunan uğurlu layihələr nəticəsində “Azerconnect Group” beynəlxalq audit şirkəti “Deloitte” tərəfindən təsis olunmuş “Best Managed Companies Azerbaijan 2024” müsabiqəsinin qalibi seçilib. Şirkət, eyni zamanda, ardıcıl iki dəfə “Top Employers Institute” (Ən Yaxşı İşəgötürənlər İnstitutu) tərəfindən “Ən yaxşı işəgötürən” mükafatına layiq görülən yeganə yerli şirkətdir. Cari ildə “Azerconnect Group”a, həmçinin BMT-nin İnkişaf Proqramı tərəfindən “Gender İnklüziv İş yeri” mükafatı təqdim olunub.

BMT-nin Qlobal Sazişi haqqında

BMT-nin təşəbbüsü ilə 2000-ci ildə əsası qoyulmuş Qlobal Saziş 160-dan çox ölkədə 20 mindən artıq biznes və qeyri-biznes tərəfdaşlarını bir araya gətirir. Təşkilatın üzvlərinin əsas məqsədi öz strategiya və fəaliyyətlərini insan haqları, işçi hüquqları, ətraf mühitin qorunması ilə bağlı beynəlxalq səviyyədə qəbul edilmiş prinsiplərə, eləcə də “Dayanıqlı inkişaf üzrə 2030 Gündəliyi”nə uyğunlaşdırmaqdır.

“Azerconnect Group” haqqında

Ölkəmizdə dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən “Azerconnect Group” mobil, internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir.

“Azerconnect Group” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
"Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
16:13
Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
16:11
Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
16:09
ABŞ Tayvana 385 milyon dollarlıq silah satışını təsdiqləyib
16:07
Naməlum təyyarələr Suriyanın Homs əyalətinə hava zərbələri endirib
16:04
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artaraq 75,37 ABŞ dolları təşkil edib
16:02
“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
16:01
DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
15:59
Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb
13:22
Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının “Tren de Araqua” bandası olduğunu bildirib
13:13
Kim Çen In: Pxenyan həmişə Moskvanın yanında olacaq
12:56
Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
12:54
Zelenski işğalda olan ərazilərin dərhal qaytarmadan münaqişəni dayandırmağa hazırdır
12:30
Azərbaycan İsveç ilə IOTA çərçivəsində birgə fəaliyyətin prioritet istiqamətlərini müzakirə edib
20:28
Baltik dənizinin Finlandiya akvatoriyasında NATO təlimləri keçirilib
20:25
Vəkillər Kollegiyasının sədri formal vəkillik və nöqsanları büro rəhbərlərinin nəzərinə çatdırıb
20:22
Suriyada üsyançılar Hələbə daxil olub
20:21
Deputat: Erməni lobbisinin marionetinə çevrilmiş Fransa Ermənistanın əli ilə bölgədə öz arzularını həyata keçi
15:13
DTX: Türkiyədə 70 kq qızılla saxlanılan polkovnik-leytenant barəsində cinayət işi başlanılıb
14:53
Azərbaycanın xaricə satdığı məhsulların pulunu mənimsəyən şəxslər ifşa edilib
14:51