Heydər Əliyev Beynəlxalq Aeroportunda tranzit daşımaları 2 dəfədən çox artıb
İQTİSADİYYAT
13:52
05.11.2024
Baxılıb: 930
Heydər Əliyev Beynəlxalq Aeroportunda tranzit daşımaları 2 dəfədən çox artıb

Heydər Əliyev Beynəlxalq Aeroportundan oktyabrda daşınmış tranzit sərnişinlərin sayı 2,4 dəfə artaraq 33 minə çatıb və bu da Bakının beynəlxalq tranzit mərkəzi kimi mövqeyini daha da möhkəmləndirir.

Bu barədə hava limanına istinadən xəbər verir.

Bu ilin oktyabrında aeroport 631 mindən çox sərnişinə xidmət göstərib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 26 % çoxdur. Həmin ay ərzində ümumilikdə 4779 uçuş yerinə yetirilib. Beynəlxalq istiqamətlərdə daşınan sərnişinlərin 51,1 %-i xarici aviadaşıyıcıların payına düşüb.

Məlumata görə, hazırda aeroportda 18-i aşağıbüdcəli (loukoster) olmaqla, 39 aviaşirkət fəaliyyət göstərir ki, bu da sərnişinlərə daha çox iqtisadi seçim imkanı yaradır.

Heydər Əliyev Beynəlxalq Aeroportu Bakını 80-dən çox beynəlxalq istiqamətlə birləşdirərək, Azərbaycanı qlobal səyahət mərkəzi kimi dünyaya təqdim edir. Avropanın London, Paris və Roma kimi əsas şəhərlərindən tutmuş Yaxın Şərq, Mərkəzi Asiya və Cənubi Asiyaya qədər geniş marşrut şəbəkəsi sərnişinlərə müxtəlif istiqamətlərdə səyahət üçün geniş seçim imkanları yaradır.

"Biz mövcud əlaqələri gücləndirməklə sərnişinlərə rahat və keyfiyyətli səyahət təcrübəsi təklif edirik. Məqsədimiz Bakını həm tranzit, həm də təyinat nöqtəsi kimi qlobal səyahətçilər üçün cəlbedici mərkəzə çevirməkdir", - aeroportun direktoru Teymur Həsənov bildirib.

Məlumatda qeyd olunub ki, hava limanı müasir infrastrukturu, səmərəli transfer imkanları və sərnişin məmnunluğunu əsas tutan xidmətləri ilə fərqlənir: "Hər bir sərnişinin rahatlığı və təhlükəsizliyini təmin etmək üçün yüksək beynəlxalq standartlara əməl edilir".

Digər xəbərlər
SON XƏBƏRLƏR
"Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
16:13
Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
16:11
Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
16:09
ABŞ Tayvana 385 milyon dollarlıq silah satışını təsdiqləyib
16:07
Naməlum təyyarələr Suriyanın Homs əyalətinə hava zərbələri endirib
16:04
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artaraq 75,37 ABŞ dolları təşkil edib
16:02
“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
16:01
DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
15:59
Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb
13:22
Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının “Tren de Araqua” bandası olduğunu bildirib
13:13
Kim Çen In: Pxenyan həmişə Moskvanın yanında olacaq
12:56
Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
12:54
Zelenski işğalda olan ərazilərin dərhal qaytarmadan münaqişəni dayandırmağa hazırdır
12:30
Azərbaycan İsveç ilə IOTA çərçivəsində birgə fəaliyyətin prioritet istiqamətlərini müzakirə edib
20:28
Baltik dənizinin Finlandiya akvatoriyasında NATO təlimləri keçirilib
20:25
Vəkillər Kollegiyasının sədri formal vəkillik və nöqsanları büro rəhbərlərinin nəzərinə çatdırıb
20:22
Suriyada üsyançılar Hələbə daxil olub
20:21
Deputat: Erməni lobbisinin marionetinə çevrilmiş Fransa Ermənistanın əli ilə bölgədə öz arzularını həyata keçi
15:13
DTX: Türkiyədə 70 kq qızılla saxlanılan polkovnik-leytenant barəsində cinayət işi başlanılıb
14:53
Azərbaycanın xaricə satdığı məhsulların pulunu mənimsəyən şəxslər ifşa edilib
14:51