Azərbaycanda ƏDV bəyannaməsinin əvvəlcədən doldurulması mümkün olacaq
İQTİSADİYYAT
16:32
05.11.2024
Baxılıb: 1011
Azərbaycanda ƏDV bəyannaməsinin əvvəlcədən doldurulması mümkün olacaq

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ƏDV bəyannamələrinin əvvəlcədən doldurulması (prifiling) sisteminin qısa müddətdə tətbiqini nəzərdə tutur.

Bu barədə “Vergitutma” və “Biznesə daxilolma” indikatorları üzrə yol xəritələri çərçivəsində görülən işlərlə bağlı konsaltinq və hüquq şirkətləri, habelə ekspertlərin iştirakı ilə keçirilən görüşdə bildirilib.

Müzakirələrə “PwC Azerbaijan”, “Deloitte”, “Ernst & Young” və “KPMG Azerbaijan” şirkətlərinin nümayəndələri və müstəqil ekspertlər qatılıb.

"Vergi və hesabatlılıq" İşçi qrupunun rəhbəri, Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev “Business Ready” hesabatının “Vergitutma” indikatoru üzrə həyata keçirilən işlər barədə məlumat verib. Görüş iştirakçılarına vergi qaydalarının aydınlığı və şəffaflığı, ətraf mühiti vergiləri, vergi idarəetməsində rəqəmsallaşma, vergi auditi və mübahisələrin həlli mexanizmləri ilə bağlı təqdimat edilib.

"Biznesə daxilolma" İşçi qrupunun rəhbəri, Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva görüş iştirakçılarını bu sahədə tənzimləyici çərçivənin hazırlıq səviyyəsinin təhlili barədə məlumatlandırıb. Digər təqdimat biznesə daxilolma üzrə qaydaların keyfiyyəti, rəqəmsal dövlət xidmətləri və informasiyanın şəffaflığı, eləcə də əməliyyatların effektivliyi ilə bağlı olub.

Görüşdə Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Biznesə daxilolma” və “Vergitutma” indikatorları ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritələri üzrə həyata keçirilən layihələr, ekspert sorğulanmasına daxil edilmiş suallarla bağlı yanaşmalar müzakirə edilib. Bildirilib ki, yol xəritələri çərçivəsində bir sıra yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Əgər əvvəllər bəyannamələrin elektron qaydada təqdim edilməsi əsas keyfiyyət göstəricisi hesab olunurdusa, hazırda bəyannamələrin əvvəlcədən doldurulması (prifiling) sisteminin tətbiqi prioritet istiqamətdir. DVX vahid bəyannamələrlə əlaqədar bu sistemi uğurla tətbiq edib. Növbədə ƏDV bəyannamələridir ki, bu layihənin də qısa müddətdə həyata keçirilməsi nəzərdə tutulur.

Biznesə daxilolma sahəsində əsas uğurlardan biri xarici hüquqi şəxslərin elektron qeydiyyata alınması, eləcə də yerli MMC-lərin təsis sənədlərində və reyestrdə dəyişikliklərin qeydiyyata alınması prosesinin elektronlaşdırılmasıdır. İcrası davam edən digər layihə benefisiar mülkiyyətçi ilə bağlı hüquqi əsasların və müvafiq reyestrin yaradılmasıdır. Tədbir iştirakçılarına biznesə daxilolma əməliyyatlarının effektivliyi barədə göstəricilər də təqdim olunub.

Görüşdə konsaltinq şirkətlərinin nümayəndələrinin və müstəqil ekspertlərin biznesə daxilolma və vergitutma ilə bağlı qaldırdıqları müxtəlif məsələlər dinlənilib, sualları cavablandırılıb.

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesə daxilolma” və “Vergi və hesabatlılıq” işçi qruplarına rəhbərliyi Dövlət Vergi Xidməti həyata keçirir (//azranking.az/az/working-groups).

Digər xəbərlər
SON XƏBƏRLƏR
"Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
16:13
Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
16:11
Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
16:09
ABŞ Tayvana 385 milyon dollarlıq silah satışını təsdiqləyib
16:07
Naməlum təyyarələr Suriyanın Homs əyalətinə hava zərbələri endirib
16:04
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artaraq 75,37 ABŞ dolları təşkil edib
16:02
“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
16:01
DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
15:59
Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb
13:22
Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının “Tren de Araqua” bandası olduğunu bildirib
13:13
Kim Çen In: Pxenyan həmişə Moskvanın yanında olacaq
12:56
Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
12:54
Zelenski işğalda olan ərazilərin dərhal qaytarmadan münaqişəni dayandırmağa hazırdır
12:30
Azərbaycan İsveç ilə IOTA çərçivəsində birgə fəaliyyətin prioritet istiqamətlərini müzakirə edib
20:28
Baltik dənizinin Finlandiya akvatoriyasında NATO təlimləri keçirilib
20:25
Vəkillər Kollegiyasının sədri formal vəkillik və nöqsanları büro rəhbərlərinin nəzərinə çatdırıb
20:22
Suriyada üsyançılar Hələbə daxil olub
20:21
Deputat: Erməni lobbisinin marionetinə çevrilmiş Fransa Ermənistanın əli ilə bölgədə öz arzularını həyata keçi
15:13
DTX: Türkiyədə 70 kq qızılla saxlanılan polkovnik-leytenant barəsində cinayət işi başlanılıb
14:53
Azərbaycanın xaricə satdığı məhsulların pulunu mənimsəyən şəxslər ifşa edilib
14:51