KOBİA ötən ili mənfəətlə başa vurub
İQTİSADİYYAT
13:11
09.11.2024
Baxılıb: 542
KOBİA ötən ili mənfəətlə başa vurub

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) 2023-cü ili 562 min manat mənfəətlə başa vurub. Halbuki, 2022-ci ildə agentliyin gəlirləri və xərcləri eyni olmuşdu.

Ötən il KOBİA-nın gəlirləri 25,235 milyon manat (əvvəlki ilə nisbətən 45,8 % az) təşkil edib. Hesabat dövründə Agentliyin xərcləri isə 24,673 milyon manat (illik müqayisədə 47 % az), o cümlədən istifadə etdiyi materialların dəyəri 1,14 milyon manat (33,5 % çox), işçi heyəti üzrə xərcləri 12,026 milyon manat (9,3 % çox), amortizasiya xərcləri 907 min manat (18,1 % çox), digər əməliyyat xərcləri 10,598 milyon manat (3,2 dəfə az), sair əməliyyat xərcləri isə 2 min manat (46,2 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə KOBİA-nın aktivləri 44,342 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 6,9 % azdır. Hesabat dövründə Agentliyin öhdəlikləri 25 % azalaraq 13,424 milyon manata düşüb, balans kapitalı isə 4 % artaraq 30,917 milyon manata çatıb.

Xatırladaq ki, KOBİA ölkə prezidentinin 28 dekabr 2017-ci il tarixli fərmanı ilə yaradılıb, dövlət başçısının 26 iyun 2018-ci il tarixli fərmanı ilə Agentliyin nizamnaməsi və strukturu təsdiq edilib. Onun nizamnamə kapitalı 10,126 milyon manatdır. Qurum ölkədə kiçik və orta biznesin (KOB) inkişafını dəstəkləyən, KOB subyektlərinə bir sıra xidmətlər göstərən, dövlət orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirilməsini və tənzimlənməsini həyata keçirən publik hüquqi şəxsdir.

 
Digər xəbərlər
SON XƏBƏRLƏR
Aİ və Çin elektromobillərdə rüsumların ləğvi ilə bağlı razılığa yaxındırlar
11:10
Kanadada 9 ildə ən böyük qızılca alovlanması qeydə alınıb
03:38
Belçika səfirliyi COP29 barədə: İnanılmaz əməkdaşlığın şahidi olduq
02:42
Medvedev: Tramp Ukrayna münaqişəsinə son verə bilər
02:41
Afinadakı səfir Aqrobiznes Forumunda iştirakçılara COP29-un yekunları barədə məlumat verib
01:19
İstanbulda Azərbaycan vətəndaşında 70 kq qızıl aşkarlanıb
00:48
Paşinyan: İrəvan Bakıya Aİ missiyasının delimatasiya olunacaq ərazidə fəaliyyət göstərməməsini təklif edib
00:47
Trampın keçid komandası seçilmiş prezidentə qarşı işin dayandırıldığını açıqlayıb
00:29
Putin “Oreşnik” sisteminin seriyalı istehsalını elan edib
00:23
Azərbaycan “Şimal-Cənub” dəhlizinin bir hissəsinin bərpası çərçivəsində ADB ilə kredit sazişi imzalayıb
00:21
Qəzza zolağında cəsədləri tapılan və dağıntılar altında qalanların sayı 43 mini keçə bilər
07:35
Senat Tramp administrasiyasına namizədləri tez bir zamanda təsdiq etmək niyyətindədir
07:32
Almaniyada kanslerin sözləri parlamentariləri güldürüb
07:30
Polşada prezident seçkilərinin tarixi 2025-ci il yanvarın əvvəlində məlum olacaq
07:29
Dünyada 820 milyondan çox insan diabetdən əziyyət çəkir
07:28
İsrail ordusunun itkiləri 792 nəfərə çatıb
01:52
Ronaldinyo COP29 məkanında AZCHEMCO pavilyonunu ziyarət edib
01:51
Borrell Qərbi Rusiyanın dondurulmuş aktivlərini müsadirə etməyə çağırıb
00:00
Polşanın şimalında ABŞ-nin raketdən müdafiə bazası açılıb
00:00
Trampın dörd əsas məsləhətçisinin adı açıqlanıb
00:00