Azərbaycan və ADB aqrar sektorda gələcək əməkdaşlığı müzakirə edib
İQTİSADİYYAT
15:04
11.11.2024
Baxılıb: 866
Azərbaycan və ADB aqrar sektorda gələcək əməkdaşlığı müzakirə edib

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycanda səfərdə olan Asiya İnkişaf Bankının (ADB) Cənubi, Mərkəzi və Qərbi Asiya üzrə vitse-prezidenti Yingming Yangın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Məlumata görə, nazir bildirib ki, aqrar sahədə qabaqcıl təcrübənin tətbiqi məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlıq davam etdirilir. Azərbaycan bu tərəfdaşlığı daha da gücləndirəcək və ölkəmizin davamlı inkişaf məqsədlərinə töhfə verə biləcək yeni təşəbbüslərin müzakirəsinə xüsusi önəm verir. Azərbaycan hökuməti kənd təsərrüfatının inkişafı siyasəti və strategiyası əsasında ADB ilə səmərəli əməkdaşlıqda maraqlıdır. Görüşdə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əhəmiyyətinə toxunulub, bu mötəbər tədbirin iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə vacib hadisə olduğu vurğulanıb.

Y.Yang öz növbəsində təmsil etdiyi qurumun fəaliyyəti, müxtəlif ölkələrdə həyata keçirdikləri kənd təsərrüfatı layihələri barədə geniş məlumat verib, Kənd Təsərrüfatı Nazirliyi ilə əməkdaşlıq imkanından danışıb. Görüşdə Bankla birgə əməkdaşlıq çərçivəsində həyata keçirilmiş layihələrin əhəmiyyəti vurğulanıb, gələcək əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

Tərəflər gələcək əməkdaşlıq üçün prioritet istiqamətlər - aqrar sahədə məhsuldarlığın daha da artırılması, torpaq və su ehtiyatlarının tam qorunması, resursların səmərəli istifadə və idarə olunması, aqro-ərzaq sistemlərinin rəqəmsal transformasiyası, qida istehsalı və emalı sahəsində beynəlxalq standartlara cavab verməklə ixrac potensialının artırılması, aqrar sahədə təhsil, təlim və elmi-tədqiqat işlərinin gücləndirilməsi, kənd yerlərinin və icmaların davamlı inkişafı üçün dayanıqlı kənd təsərrüfatı sisteminin qurulması mövzuları ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə ADB ilə gələcək əməkdaşlıq perspektivlərinin müəyyən edilməsi və işçi qrupu səviyyəsində kənd təsərrüfatının inkişafı üzrə layihələrin hazırlanması işinin davam etdirilməsi barədə razılıq əldə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
"Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
16:13
Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
16:11
Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
16:09
ABŞ Tayvana 385 milyon dollarlıq silah satışını təsdiqləyib
16:07
Naməlum təyyarələr Suriyanın Homs əyalətinə hava zərbələri endirib
16:04
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artaraq 75,37 ABŞ dolları təşkil edib
16:02
“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
16:01
DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
15:59
Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb
13:22
Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının “Tren de Araqua” bandası olduğunu bildirib
13:13
Kim Çen In: Pxenyan həmişə Moskvanın yanında olacaq
12:56
Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
12:54
Zelenski işğalda olan ərazilərin dərhal qaytarmadan münaqişəni dayandırmağa hazırdır
12:30
Azərbaycan İsveç ilə IOTA çərçivəsində birgə fəaliyyətin prioritet istiqamətlərini müzakirə edib
20:28
Baltik dənizinin Finlandiya akvatoriyasında NATO təlimləri keçirilib
20:25
Vəkillər Kollegiyasının sədri formal vəkillik və nöqsanları büro rəhbərlərinin nəzərinə çatdırıb
20:22
Suriyada üsyançılar Hələbə daxil olub
20:21
Deputat: Erməni lobbisinin marionetinə çevrilmiş Fransa Ermənistanın əli ilə bölgədə öz arzularını həyata keçi
15:13
DTX: Türkiyədə 70 kq qızılla saxlanılan polkovnik-leytenant barəsində cinayət işi başlanılıb
14:53
Azərbaycanın xaricə satdığı məhsulların pulunu mənimsəyən şəxslər ifşa edilib
14:51