AZPROMO: Logistik subsidiya mexanizmi qeyri-ənənəvi bazarlara ixracı stimullaşdıracaq
İQTİSADİYYAT
14:39
26.11.2024
Baxılıb: 666
AZPROMO: Logistik subsidiya mexanizmi qeyri-ənənəvi bazarlara ixracı stimullaşdıracaq

2025-ci ildə təsdiqlənməsi gözlənilən logistik subsidiya mexanizmi qeyri-ənənəvi bazarlara ixracı stimullaşdıracaq.

Bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müşaviri Sevil Yəhyayeva Bakıda keçirilən "Turan E-ticarət və E-İxracat Forumu"nda deyib.

Onun sözlərinə görə, bu stimullaşdırma ixrac coğrafiyasının şaxələndirilməsinə töhfə verəcək: “Sözügedən mexanizm, eyni zamanda, işğaldan azad edilmiş ərazilərdən ixrac fəaliyyətini həyata keçirən sahibkarların logistik xərclərinin tam şəkildə qarşılanmasını nəzərdə tutur”.

O əlavə edib ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla digər türk dövlətləri arasında ticarət dövriyyəsinin dəyəri 6,1 milyard ABŞ dolları olub, bunun 3,5 milyard ABŞ dolları ixrac payına düşüb.

S. Yəhyayeva bildirib ki, investisiyalar baxımından, 1995-2023-cü illər arasında Turan dövlətlərindən Azərbaycanın iqtisadiyyatına 16 milyard ABŞ dollarından çox sərmayə yatırılıb: “Bundan əlavə, bütün Türk dövlətləri ilə sərmayələrin təşviqi və qorunması barədə razılaşmalar imzalanıb ki, bu da müqavilə-hüquq bazasının daha da möhkəmləndirilməsi və genişləndirilməsi üçün zəmin yaradır”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
"Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
16:13
Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
16:11
Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
16:09
ABŞ Tayvana 385 milyon dollarlıq silah satışını təsdiqləyib
16:07
Naməlum təyyarələr Suriyanın Homs əyalətinə hava zərbələri endirib
16:04
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artaraq 75,37 ABŞ dolları təşkil edib
16:02
“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
16:01
DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
15:59
Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb
13:22
Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının “Tren de Araqua” bandası olduğunu bildirib
13:13
Kim Çen In: Pxenyan həmişə Moskvanın yanında olacaq
12:56
Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
12:54
Zelenski işğalda olan ərazilərin dərhal qaytarmadan münaqişəni dayandırmağa hazırdır
12:30
Azərbaycan İsveç ilə IOTA çərçivəsində birgə fəaliyyətin prioritet istiqamətlərini müzakirə edib
20:28
Baltik dənizinin Finlandiya akvatoriyasında NATO təlimləri keçirilib
20:25
Vəkillər Kollegiyasının sədri formal vəkillik və nöqsanları büro rəhbərlərinin nəzərinə çatdırıb
20:22
Suriyada üsyançılar Hələbə daxil olub
20:21
Deputat: Erməni lobbisinin marionetinə çevrilmiş Fransa Ermənistanın əli ilə bölgədə öz arzularını həyata keçi
15:13
DTX: Türkiyədə 70 kq qızılla saxlanılan polkovnik-leytenant barəsində cinayət işi başlanılıb
14:53
Azərbaycanın xaricə satdığı məhsulların pulunu mənimsəyən şəxslər ifşa edilib
14:51