AMB: "Bazarda bərabər şərtlərin və sağlam rəqabət mühitinin təmin edilməsi əsas prioritetlərindən biridir"
İQTİSADİYYAT
15:17
26.11.2024
Baxılıb: 201
AMB:

Azərbaycan Mərkəzi Bankının (AMB) əsas prioritetlərindən biri bazar iştirakçılarının hüquqlarının qorunması, bərabər şərtlərin təmin edilməsi və sağlam rəqabət mühitinin yaradılmasıdır.

Bunu AMB-nin Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Fuad Səbziyev Bakıda keçirilən “Turan E-ticarət və E-İxracat Forumu”nda deyib.

"Mərkəzi Bank olaraq bu istiqamətdə üzərimizə düşən bütün öhdəlikləri layiqincə yerinə yetirməyə çalışırıq. Qısa zamanda bu səylərin nəticələrini bazar iştirakçıları da müşahidə edəcək”, - deyə F. Səbziyev əlavə edib.

Onun sözlərinə görə, Azərbaycanda hazırda 20-dən çox ödəniş xidməti təchizatçısı lisenziya alaraq sistemə qoşulub və fəaliyyətini davam etdirir.

O bildirib ki, fintexlərin və digər ödəniş xidməti təchizatçılarının sistemlərə inteqrasiyası uğurla həyata keçirilir və bu proses Mərkəzi Bankın strateji yanaşmasına uyğun şəkildə icra olunur.

“Onların fəaliyyətini tənzimləmək, bazarın tələblərinə uyğun yeni məhsul və xidmətlər təqdim etmələrini təmin etmək üçün xüsusi tənzimləmə rejimi tətbiq etmişik. Bu rejim çərçivəsində Mərkəzi Bank yeni təşkilatların sistemə qoşulmasını və bazarda fəaliyyətini dəstəkləməklə yanaşı, onların inkişafını və məhsul çeşidlərinin genişlənməsini təşviq edir”, - deyə F.Səbziyev qeyd edib.

O, həmçinin elektron ticarət və ödəniş əməliyyatları sahəsində beynəlxalq təcrübənin Azərbaycan üçün böyük əhəmiyyət daşıdığını qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Azərbaycanın sığorta bazarı 9 % böyüyüb
16:06
Azərbaycan vergi sistemində məlumat mübadiləsinə və şəffaflığa tam əməl edən 18 ölkədən biridir
15:23
AMB: "Bazarda bərabər şərtlərin və sağlam rəqabət mühitinin təmin edilməsi əsas prioritetlərindən biridir"
15:17
Vergi rəsmisi: "Təşviqlər hesabına İKT sektorunda maaş fondu 40 % artıb"
15:10
İqlim dəyişikliyi fonunda su anbarlarının tikilməsi və bərpası daha aktualdır
14:55
Azərbaycan şirkəti Dağıstanda yeni meyvə tingliyinin investoru olub
14:49
Azərbaycanda ekoloji vergilərin yenilənməsi istiqamətində müzakirələr aparılır
14:44
KOBİA: Dəyəri 5 000 manata qədər ixrac gömrük ödənişlərindən və broker xidmətlərindən azad olunacaq
14:41
AZPROMO: Logistik subsidiya mexanizmi qeyri-ənənəvi bazarlara ixracı stimullaşdıracaq
14:39
Samirə Musayeva: "Ekoloji dayanıqlılığın təmin edilməsi dövlətin təşviq alətləri ilə əhatə edilib"
14:38
Azərbaycan və Çinin Sian Limanı əməkdaşlığı genişləndirməyi müzakirə edib
14:36
SOCAR ABŞ şirkəti ilə geotermal enerji və karbonun tutulmasını müzakirə edib
14:15
"Made in Turan" brendi ilə məhsullar bazara çıxarılacaq
14:13
Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracından gəlirini 11 % artırıb
14:09
Azərbaycanda BOKT-lar üçün nizamnamə kapitalı tələbi 3 dəfədən çox artırılıb
14:07
Azərbaycan neftinin qiyməti 75 dollardan aşağı düşüb
14:05
Azərbaycan BOKT-larında kredit riskinin idarə edilməsi qaydası təsdiqlənib
14:03
Salyanda 3 780 hektar sahədə payızlıq taxıl əkilib
14:01
Hakan Fidan NATO-nun Baş katibi ilə görüşüb
19:56
Azərbaycan Respublikası Müdafiə Nazirliyi yeni video yayımlayıb
18:03