Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məskunlaşmış və iqtisadi fəal şəxslərin 80 %-dən çoxunun məşğulluğu təmin edilib.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında - dövlətə məxsus sosial fondların 2025-ci il dövlət büdcələri haqqında qanun layihələrinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda digər şəxslərin də məşğulluğunun təmin olunması istiqamətində işlər aparılır.