Milli Müdafiə Nazirliyi (MSB) TCG Alemdar sualtı xilasetmə gəmisinin Norveçdə davam edən DYNAMIC MONARCH-24 təlimində iştirak etdiyini açıqlayıb.
Nazirliyin sosial media hesabında edilən paylaşımda TCG Ələmdar sualtı xilasetmə gəmisinin 8-21 sentyabr tarixləri arasında Norveçdə keçirilən DYNAMIC MONARCH-24 təlimində iştirak etdiyi bildirilib.
Qeyd edilib ki, təlim çərçivəsində suüstü çıxma qabiliyyətini itirmiş Norveç Hərbi Dəniz Qüvvələrinə məxsus “Hnoms Utstein” sualtı qayığı ilə axtarış tədbirləri həyata keçirilib.
Bildirilib ki, TCG Ələmdarda yerləşən TCB LOBST-2 ROV cihazı ilə sualtı qayıqların aşkarlanması və təcili həyat dəstək paketinin sualtı qayığa çatdırılması üzrə təlim də keçirilib.
Yazıda məşqdən fotolar da yer alıb.