Antiterror tədbirləri - dünya hərb tarixinin mükəmməl örnəyi
HƏRBİ XƏBƏRLƏR
13:39
14.09.2024
Baxılıb: 1161
Antiterror tədbirləri - dünya hərb tarixinin mükəmməl örnəyi

Bir il öncə sentyabrın 19-da Müdafiə Nazirliyi kədərli bir xəbər paylaşdı - Qarabağda erməni təxribatı nəticəsində 9 hərbçimiz şəhid olmuşdu. Bu xəbər hamını sarsıtmaqla yanaşı, Qarabağda o zaman mövcud olan qanunsuz erməni hərbi və siyasi qruplaşmalarına qarşı həlledici əməliyyatın keçirilməsini labüd edirdi.

Bunu AZƏRTAC-a açıqlamasında AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mülki müdafiə qərargahının rəisi Nizami Vəliyev deyib. O bildirib ki, həmin hadisədən öncə də ermənilər Qarabağda, Azərbaycanla Ermənistanın şərti sərhədində müxtəlif təxribatlara əl atmışdılar. Hər dəfə müzəffər Ordumuz ermənilərə qarşı qisas əməliyyatları keçirmiş və düşmən layiqli cəzasını almışdı. Lakin görünən o idi ki, tarixən aldıqları cəzalardan dərs götürməyən ermənilər öz mənfur, xəyanətkar əməllərindən əl çəkmək fikrində deyillər. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev dəfələrlə erməniləri əldə edilmiş razılaşmaları pozmamağa, məğlubiyyətləri ilə barışıb Azərbaycan Bayrağı altında, qanunlarımızın himayəsi ilə yaşamağı qəbul etməyə çağırmışdı. Əks təqdirdə isə “Dəmir yumruq yerindədir və əvvəlkindən də güclüdür” deyərək xəbərdar etmişdi. Təəssüf ki, ermənilər əməllərindən əl çəkmədilər. Sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumu törətdilər.

“Müdafiə Nazirliyi sanki “qisas nəinki məhşərə, heç sabaha da qalmasın” deyərək bir neçə saat sonra Qarabağda qanunsuz erməni qruplaşmalarına qarşı antiterror tədbirlərinin başlandığını elan etdi. 24 saatdan az davam edən bu əməliyyat ordumuzun şanlı Qələbəsi ilə başa çatdı. Düşmən ağ bayraq qaldıraraq tam təslim oldu və intiqamı qədər əfvi də böyük olan xalqımızdan aman dilədi. Antiterror tədbirlərində ordumuzun ələ keçirdiyi hərbi qənimətlərinin statistikası düşmənin arsenalında çoxlu sayda silah-sursatın olduğunu göstərirdi. Ələ keçirilən silahların bəziləri Bakıdakı Hərbi Qənimətlər Parkının yeni eksponatlarına çevrildi. Antiterror tədbirləri nəticəsində Qarabağdakı xunta rejimi, bu rejimə rəhbərlik edən və imkan düşən kimi xalqımıza qarşı hədə-qorxular səsləndirən, müharibə olacağı təqdirdə Bakıya qədər gələcəklərini deyən sözdə “prezidentlər”, “nazirlər” və “generallar” bir-bir həbs edildi. Azərbaycan oğullarının müşayiəti ilə onların qolları bağlı vəziyyətdə həbsxana kameralarına salınması isə dünya xəbər agentliklərinin ən çox tirajladığı xəbərlərinə çevrildi. İmperialist siyasətindən əl çəkməyən bəzi dövlətlərin, kökləri islamofob fəaliyyətlərə dayanan müxtəlif beynəlxalq qurumların dəstəkləndiyi bu ermənilərin həbs edilməsi dövlətimizin iradəsinin, gücünün və prinsipiallığının növbəti göstəricisi idi”, - deyə N.Vəliyev xüsusi qeyd edib.

Müsahibimiz vurğulayıb ki, 24 saatdan az müddətdə düşmənin tam məğlub edilməsi və minimum itkilərlə sona çatan bu əməliyyatı dünya hərb tarixinin mükəmməl örnəyi hesab etmək olar. Antiterror tədbirləri Azərbaycanın hərbi gücünün hərbi qüdrət səviyyəsinə qalxdığını, ölkəmizdə hərbi quruculuq işinin mükəmməl şəkildə davam etdirildiyini və xalqımızın qələbə əzminin sarsılmaz olduğunu bir daha nümayiş etdirdi. Antiterror tədbirləri ilə torpaqlarımızın işğal altında qalmasına son nöqtə qoyuldu. Düzdür, buna qədər 44 günlük müharibədə işğal altında olan torpaqlarımızın böyük bir qismi azad olunmuşdu. Lakin bu tarixi missiyanın tam yekunlaşması məhz antiterror tədbirləri ilə baş tutdu.

“Xalqımızın tarixində 19 və 20 rəqəmlərinin qəribə yaddaşı var. Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə süqut edib. Yaşadığımız ən faciəvi günlərdən biri 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verib və 2023-cü ilin 19-20 sentyabrında Qarabağda həyata keçirilən antiterror tədbirləri. Əgər qeyd edilən ilk iki tarixi hadisə faciəvi məna daşıyırdısa, sonuncu bizə qələbə sevinci yaşatdı. İnanırıq ki, bununla həm də yaşadığımız faciələr dövrü sona çatmış oldu. Həmin gündən sonra qalib Azərbaycanımız yeni tarixi eraya qədəm qoydu. Bir il ərzində ölkəmizin bir çox sahələrdə əldə etdiyi uğurlar bunu deməyə imkan verir. Bu sevinci, uğur və qələbələri bizə yaşadan isə canını Vətən yolunda fəda edən şəhidlərimizdir. Bu fakt bəzi xalqların öz tarixlərini masada mürəkkəblə, bizim kimi mərd və döyüşkən xalqın isə döyüş meydanında qanla yazmasının bariz nümunəsidir. Beləliklə, 19-20 sentyabrda müstəqil Azərbaycanın yeni tarixi yeni səhifədən yazılmağa başladı”, - deyə N.Vəliyev fikrini yekunlaşdırıb.

 

Digər xəbərlər
SON XƏBƏRLƏR
İlk dəfə işə düzələn valideynsiz şəxslərə ödənilən birdəfəlik müavinətin məbləği artırılır
16:33
Prezident İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub
16:29
Latviyalı deputat Avroparlamentin Cənubi Qafqazla əlaqələr üzrə yeni rəhbəri seçilib
16:27
Tərtərdə xəstəxanada ölüm faktı ilə bağlı cinayət işi başlanılıb
16:25
Lukaşenko: Belarusla Azərbaycan arasında dostluq üçüncü ölkələrə qarşı yönəlməyib
12:50
Böyük Britaniya rəsmisi: "Təbii fəlakətlərin vurduğu zərəri minimuma endirmək olar"
12:48
Binəli Yıldırım: Türk dövlətləri gələcəyə daha inamla irəliləyir
12:45
Prezident İlham Əliyev Cəbrayıl rayonuna gedib
12:37
"Dildə, Fikirdə, İşdə Birlik"
12:16
Leyla Həsənova: Gənclərin 70 faizi iqlim dəyişikliyindən narahatdır
12:14
Stiven Hamburq: "İslahatlarsız 2100-cü ilə qədər metan emissiyalarının məqbul səviyyəsinə çata bilərik"
12:12
COP zamanı IEA-nın hazırladığı Yol Xəritəsi nümayiş olunacaq
12:10
Qazaxıstan XİN: TDT özünü sülh və davamlı inkişafı möhkəmləndirən nüfuzlu subyekt kimi göstərə bilib
12:08
Metan emissiyasının sürətli azaldılması qısamüddətli temperatur artımının qarşısını almaq üçün vacibdir
12:05
Talış kəndinə köçürülən sakinlərdən artıq 40 nəfərin məşğulluğu təmin olunub
12:03
Azərbaycan Böyük Britaniyanın enerji keçidini təşviq edən əməkdaşlıq təkliflərini müzakirə edib
10:57
Bakıda “Fransanın Afrikada neokolonializm siyasəti” mövzusunda beynəlxalq konfrans keçirilir
10:54
Ekosistemin bərpası böyük resurs və zaman tələb edir
10:52
Almaniya işsizlik müavinətinin alınması qaydalarını sərtləşdirmək istəyir
10:29
Türkiyə Təhlükəsizlik Şurasında İranın İsrailə raket zərbələri müzakirə olunacaq
10:28