Tailandın cənubundakı Narathivat əyalətinin mərkəzində yol kənarına qoyulmuş partlayıcı qurğunun partlaması nəticəsində səkkiz hərbçi yaralanıb.
“Report” xəbər verir ki, bu barədə “Bangkok Post” qəzeti məlumat yayıb.
Xəsarət alan hərbçilər rayon xəstəxanasına yerləşdirilib.
Tailandın cənubunda separatçılar arasında qarşıdurma 70 ildən çoxdur davam edir. Silahlı birləşmələr bölgənin ayrılmasına və ərazidə sultanlıq yaradılmasına çalışırlar.