Çinin Hərbi Dəniz Qüvvələrinin ən yeni nüvə sualtı qayığı ilin ortalarında körpüdə batıb.
"Report"un məlumatına görə, bu barədə "Reuters" Pentaqondakı mənbəyə istinadən xəbər yayıb.
Xəbərdə hadisənin may-iyun aylarında qeydə alındığı bildirilir. İnsidentin səbəbləri məlum deyil. Sualtı qayığın göyərtəsində nüvə yanacağının olub-olmaması barədə də məlumat yoxdur.