Neytral Zona teleqram kanalı yazır ki, xarici KIV-lərin məlumatına görə,İsrailin Elbit Systems, Çexiyanın CSG Defence və Sumqayıt Texnologiyalar Parkı (STP) ilə birgə həyata keçirdiyi layihədə Azərbaycanın müasir təhdidlər qarşısında hava hücumundan müdafiə qabiliyyətini gücləndirərək ZSU-23-4 "Şilka" nı modernləşdirib.
Bu sistemlərə 15 km məsafədə 100 dək hədəfi izləyən radar sistemi quraşdırılıb.
Rəqəmsal yanğına nəzarət sistemi inteqrasiya edilib və vizual hədəfin aşkarlanması üçün Elbit Systems-dən COAPS-L opto-elektron stansiyası quraşdırılıb.
Mühərrikdə dəyişiklik edilib,GPS əsaslı müasir naviqasiya sistemi də inteqrasiya olunub.