Azərbaycanın humanitar minatəmizləmə fəaliyyətinə NATO-nun dəstəyi müzakirə edilib
HƏRBİ XƏBƏRLƏR
13:40
30.09.2024
Baxılıb: 203
Azərbaycanın humanitar minatəmizləmə fəaliyyətinə NATO-nun dəstəyi müzakirə edilib

Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə NATO-nun dəstəyi müzakirə edilib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin müavini Samir Poladovun rəhbərlik etdiyi nümayəndə heyətinin Lüksemburqa rəsmi səfəri zamanı keçirdiyi görüşlərdə fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti NATO-nun Dəstək və Təchizat Agentliyinin Əməliyyatlara Dəstək bölməsinin direktoru Orxan Muratlı və digər rəsmi şəxslərlə ikitərəfli görüşlər keçirib.

Görüşlərdə Azərbaycanın üzləşdiyi mina problemi, NATO-nun dəstəyi, yeni texnologiyaların tətbiqi və qabaqcıl təcrübələr, habelə humanitar minatəmizləmə sahəsində gələcək əməkdaşlığa dair qarşılıqlı fikir mübadiləsi aparılıb.

Digər xəbərlər