23 il əvvəl Şeyx Şamilin büstünü partladan, hərbi hissəyə hücum edən ömürlük məhkum qardaşlar barədə qərar
HƏRBİ XƏBƏRLƏR
10:38
01.10.2024
Baxılıb: 1800
23 il əvvəl Şeyx Şamilin büstünü partladan, hərbi hissəyə hücum edən ömürlük məhkum qardaşlar barədə qərar

Zaqatalada 23 il əvvəl terrorçuluq, qətl, milli zəmində münaqişə yaratmaqda və digər ağır cinayətlər törətməkdə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilən İlham və Emin Baqqayev qardaşlarının şikayətləri üzrə məhkəmə prosesi keçirilib.

“Report” xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən proseslərdə qardaşların şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

Xatırladaq ki, qardaşlar bir müddət əvvəl Qaradağ rayon Məhkəməsinə ərizə ilə müraciət edərək 20 ildən artıqdır cəza çəkdiklərini, barələrindəki hökmlərin müddətli cəzaya dəyişdirilməsini və azadlığa buraxılmalarını xahiş ediblər.

Qaradağ rayon Məhkəməsi hər iki qardaşının müraciətini təmin etməyib. Qərardan narazı qalan ömürlük məhkum qardaşlar apellyasiya şikayəti verib.

Qeyd edək ki, 2001-ci il avqustun 19-da naməlum şəxslər Zaqatala rayon polis şöbəsinin qarşısında xidmət aparan polis əməkdaşlarını avtomat silahlardan atəşə tutublar. Nəticədə 5 əməkdaş müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Polisin açdığı cavab atəşindən sonra silahlı cinayətkarlar hadisə yerindən qaçıblar.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, qeyd olunan bu ağır cinayəti təxribatlar törətmək, milli zəmində münaqişə yaratmaq və beləliklə, bölgədə sabitliyi pozmaq məqsədi ilə iyulun 30-da daxili qoşunların Zaqatala rayonunun Qala adlanan ərazisində yerləşən hərbi hissəsinin növbətçi hissəsinə silahlı hücum edən, avqustun 17-də həmin rayonun Car kəndindəki İmam Şamilin büstünü partladan cinayətkar qrupun üzvlərindən Zaqatala rayonunun Kebeloba kənd sakinləri –
İlham Baqqayev, Emin Baqqayev, Emin Mollayev, Qurban Həsənov, İslam Xiniyev, Abdulhəmid və İbrahim Bulayevlər və digər şəxslər müəyyən olunub.

Daxili İşlər Nazirliyinin, Respublika Prokurorluğunun və Milli Təhlükəsizlik Nazirliyinin birgə əməliyyatı zamanı hadisələri törətməkdə şübhəli olunan 23 nəfər tutulub.

İstintaqla müəyyən edilib ki, 3 nəfərin ölümü, 7 nəfərin ağır yaralanması, dövlət mülkiyyətinin və şəxsi mülkiyyətin məhv edilməsi ilə müşayiət olunan hərəkətlərin törədilməsində başlıca məqsəd respublikada ictimai-siyasi sabitliyi pozmaq, bu bölgədə etnik münaqişə ocağı yaratmaq, separatizm meyillərini qızışdırmaq olub. Cinayətkar dəstənin ayrı-ayrı üzvləri bu məqsədlə İrəvanda və Rusiyanın müxtəlif şəhərlərində Ermənistan xüsusi xidmət orqanlarının nümayəndələri ilə görüşüb, onlardan gizli təlimat, pul, silah, döyüş sursatı alıblar.

Qanunsuz silahlı qrupun əsas rəhbərlərindən olan Emin Mollayev, İlham və Emin Baqqayev qardaşları ömürlük, Nəcməddin Məmmədov və Şaban Buşdiyev 15 il, Fazil Davudov 13 il, Soltan Qazıxanov 11 il, Qurban Həsənov 10 il, digərləri isə 7-8 il müddətinə azadlıqdan məhrum ediliblər. İstintaq prosesində 16 nəfər barədə axtarış elan olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
"Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
16:13
Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
16:11
Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
16:09
ABŞ Tayvana 385 milyon dollarlıq silah satışını təsdiqləyib
16:07
Naməlum təyyarələr Suriyanın Homs əyalətinə hava zərbələri endirib
16:04
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artaraq 75,37 ABŞ dolları təşkil edib
16:02
“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
16:01
DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
15:59
Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb
13:22
Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının “Tren de Araqua” bandası olduğunu bildirib
13:13
Kim Çen In: Pxenyan həmişə Moskvanın yanında olacaq
12:56
Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
12:54
Zelenski işğalda olan ərazilərin dərhal qaytarmadan münaqişəni dayandırmağa hazırdır
12:30
Azərbaycan İsveç ilə IOTA çərçivəsində birgə fəaliyyətin prioritet istiqamətlərini müzakirə edib
20:28
Baltik dənizinin Finlandiya akvatoriyasında NATO təlimləri keçirilib
20:25
Vəkillər Kollegiyasının sədri formal vəkillik və nöqsanları büro rəhbərlərinin nəzərinə çatdırıb
20:22
Suriyada üsyançılar Hələbə daxil olub
20:21
Deputat: Erməni lobbisinin marionetinə çevrilmiş Fransa Ermənistanın əli ilə bölgədə öz arzularını həyata keçi
15:13
DTX: Türkiyədə 70 kq qızılla saxlanılan polkovnik-leytenant barəsində cinayət işi başlanılıb
14:53
Azərbaycanın xaricə satdığı məhsulların pulunu mənimsəyən şəxslər ifşa edilib
14:51